“Özümü yarış atı kimi hiss edirəm” - Fotolar
Bizi izləyin

Tabloid.az

“Özümü yarış atı kimi hiss edirəm” - Fotolar

“Cehizimi qayınatam verib”

Onu Türkiyəli məşhur iş adamı və prodüser Can Tanrıyarla yaşadığı eşq münasibətləri məşhurlaşdırdı. Tez-tez küsüb barışan cütlük 10 ildən sonra evliliklərinə son qoydular. Bütün bunlar əvvəllər modelliklə məşğul olan və 2001-ci ildən musiqi sənətinə gələn gözəl xanımın karyerasını kölgədə qoydu. Hit mahnılarından çox şəxsi həyatı ilə gündəmə gəldi. Söhbət bu yaxınlarda ailə həyatı quran, türkiyəli gözəl müğənni Pətək Dinçözdən gedir.

Petek1

Bəli, Pətək Dinçöz sadəcə iki aydır görüşdüyü iş adamı Sərkan Kodaloğlu ilə ailə quraraq hamını təəccübləndirdi. Fanatları onu belə tez qərar verməkdə səhv etdiyinə inandırmağa çalışdılar. Ancaq Pətək Sərkanla xoşbəxt olacağına əmin olduğunu deyir.

Gözəl müğənni evləndikdən sonra ilk müsahibəsini “Həftə sonu” jurnalına verib. Müğənni son bir ildə yaşadıqları, evliliyi və gələcəklə bağlı planlarından bəhs edib. “Şirin söhbət” layihəsi çərçivəsində həmin müsahibəni təqdim edirik:

Petek1

- Yeni ailə qurdun, yeni albom çıxardın. İşıq sürəti ilə hərəkət edirsən.

- Hə, özümü yarış atı kimi hiss edirəm. Bu aralar çox işləyirəm. Bilirsiniz ki, çox çətin günlər keçirdim. İndi özümü körpə kimi hiss edirəm.

- Bal ayına getməkdənsə, albom çıxardın. Niyə?

- Boş dayana bilmədim. Yaxşı mahnı tapdım və istədim ki, tezliklə oxuyum.

- Mahnının sözləri çox qeyri-adidir: “Qəlbim qırıqdı, təmir səbəbilə bağlıdır”.

- Düzdür. Şəhrəzadın “Tadilat” (“Təmir”) adlı mahnısını aldım. Artıq səhnədə öz yaşıma uyğun olmaq istəyirəm. Əvvəlki ağır musiqilərdən canımı qurtardım.

- Albomda kimlərlə əməkdaşlıq etmisən?

- Albom fotolarını Lara Sayılqan çəkib. Albomun ilk mahnısına çəkdiyim klipimin rejissoru isə Tamer Aydoğdudur.

Petek Dinçöz

- Evləndikdən sonra həyatında nə dəyişdi?

- Həyatımda çox böyük dəyişikliklər etdim. Arıqladım. Vaxtı geri çəkməyə çalışıram. Çünki ilk dəfədir ki, vaxtın dəyərini anlayıram. Özümü 18 yaşlı qız kimi hiss edirəm. Əvvəlki Pətək robot kimi idi. İndi isə azadam, artıq özümü tapmışam, öz zövqümü və fikirlərimi nəzərə alıram.

- Həyat yoldaşınla necə tanış oldun?

- Qonşu idik. Yeni evimə 7 ay öncə köçmüşdüm. Mən 29-cu, o isə 6-cı mərtəbədə yaşayırdı. Tez-tez liftdə qarşılaşırdıq. Sonra idman zalında qarşılaşdıq, salamlaşdıq. Sən demə idman zalına məni görmək üçün gəlirmiş.

Bir gün evimizin altındaki kafedə birlikdə qəhvə içdik, söhbətləşdik. Həyatımda ilk dəfə bir kişi ilə ürəyim sıxılmadan saatlarla söhbət edə bildiyimi müşahidə etdim. Öz-özümə dedim ki, “Bu evlənməyə layiq adamdır”. O da mənim haqqımda eyni fikirdə imiş. Məni çoxdan bəri bəyənirmiş. Dedi ki, evlənək, mən də razı oldum. Nikah mərasimində sadəcə ailələr iştirak etdilər. Tələsik evləndik, ancaq sonradan dostların iştirak etdiyi toy mərasimi də təşkil etdik.

- İndi harada qalırsınız?

- Bəzən onun, bəzən də mənim mənzilimdə qalırıq.

- Həyat yoldaşının daha öncəki sevgililəri də məşhur qadınlar olublar. Onlarla tanışlığın var?

- Xeyir.

- Onlarla qarşılaşsan, reaksiyan necə olar?

- Onlar ötüb keçib. Mənim də, onun da həyatında başqa insanlar olublar. Amma indi bir yerdəyik. Önəmli olan da budur.

- Niyə belə tez evləndiniz? Hamiləsən?

- Yox, hamilə deyiləm. İnşallah olaram. İkimiz də sağlam insanlarıq. Əkiz istəyirik.

- Toyunla bağlı ən yaddaqalan məqam nə oldu sənin üçün?

- İki ay görüşdükdən sonra evlənməyə qərar vermişdik. Elə bil yuxu görürdüm. Toyu hamıdan gizlədirdik. Hamıya gəlinliyi klip üçün aldığımı deyirdim. Heç gəlinliyin modelini fikirləşməyə vaxt olmadı. Adətən nikaha gəlin gec gələr, bizdə tərsinə oldu, Sərkan gecikdi. İftar vaxtı idi, tıxacda qalmışdı. Zəng eləyib dedim “Sərkan haradasan?”, mənə dedi ki, “Körpüdəyəm eşqim, indi dənizə tullanıb üzərək gələcəyəm”.

- Qayınananla münasibətlərin necədir?

-Xədicə ana deyirəm ona. Qayınatama İrfan bəylə də münasibətlərimiz yaxşıdır. Mənim cehizimi qayınatam verib. Əvvəlcədən bilmirdim, sən demə evlənməyə hazırlaşan qızlar cehizlərini ondan alırmışlar. Təbii ki, mənə hədiyyə etdi, beləliklə, cehizə pul verməmiş oldum.

- Elə bil cavanlaşmısan...

- Bunu hamı deyir. Əvvəllər yaşımdan böyük görünürdüm. Deyəsən, idmanın təsiridir. Dəli kimi idman edirəm. Yediklərimə, içdiklərimə diqqət edirəm. Həm də artıq xoşbəxt qadınam. Xoşbəxtlik də insanı cavanlaşdırır.

- Evdə necə bir qadınsan? Səhnədəki kimi baxımlısan?

- Evdə çox seksualam. Baxımlı olmağı sevirəm. Türkiyədə ən gözəl müğənni mənəm. Əksini iddia edən varsa, qarşıma çıxsın.

- Başqa kimlər gözəldi?

- Sibel Can gözəldir. Çox nazlı bir qadındır. Türkiyədə başqa rəqibim yoxdur. Dünyadaki rəqibim isə “Victoria’s Secret” mələyi Kendis Sveynpoldur.

13062-haber4-1

- Vaxtilə aparıcılıq etmisən. Yenə belə bir planın var?

- İndi yoxdur. Ancaq ekranı çox sevirəm. Hətta bəzən deyirəm ki, hamilə qalsam, yəqin ki, uşağı canlı yayımda doğacağam.

- Hədəflərin var?

- Əlbəttə. Çoxlu hədəflərim var. Addım-addım hədəflərimə yaxınlaşdığımı düşünürəm. Ev­li­lik də hədəflərimdən biri idi. Hər səhər məni “Sə­ni çox se­virəm. Tür­ki­yənin ən gö­zəl qa­dı­nı sən­sə­n”, sözləri ilə oyandıran ərim var. İndiki hədəfim xəbər aparıcısı Fa­tih Por­ta­ka­l­ın kreslosunu əlindən almaqdır.

Resmi büyütmek için tıklayınız!

- Bu fikir ağlına haradan gəldi?

- Bu mənim xəyalımdı. Bu günə kimi aparıcılıq etmişəm, serialda, kinoda rol almışam, təkcə xəbər aparıcısı olmamışam. Fa­tih dostumdur, amma inciməsin onun kreslosuna göz dikmişəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm