Quru dərilər üçün darçın möcüzəsi
Bizi izləyin

Tabloid.az

Quru dərilər üçün darçın möcüzəsi

Payızı yaxşı qarşılamaq və bu mövsümdə də gözəlliyinizlə hamını özünüzə heyran etmək istəyirsinizsə, təqdim etdiyimiz darçın maskasını həftədə iki dəfə istifadə edin

Dəri problemləri payız aylarında bizi daha çox narahat edir. Havaların dəyişməsi, külək və yağış dərimizin qurumasına və dəri hüceyrələrinin ölməsinə səbəb olur. Bu problemlərlə üzləşməmək üçün dərini bol-bol nəmləndirməliyik.

Payızı yaxşı qarşılamaq və bu mövsümdə də gözəlliyinizlə hamını özünüzə heyran etmək istəyirsinizsə, təqdim etdiyimiz darçın maskasını həftədə iki dəfə istifadə etməlisiniz.

Maskanın tərkibi:

Bir qaşıq darçın

200 ml susam yağı

Bir kasa şəkər tozu

Hazırlanması:

Darçını şəkər tozu ilə qarışdırın. Yaxşıca qarışdırın və susam yağını əlavə edin. Bu qarışımı dərinizə çəkib 10 dəqiqə yavaş-yavaş, dairəvi masaj edin.

Dərinizi ilıq su ilə yuduqdan sonra üzünüzü salfetlə qurulayın. Daha sonra üz tipinizə uyğun nəmləndirici krem çəkin.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm