Sentyabr ayının 5 əsas trendi - Fotolar
Bizi izləyin

Tabloid.az

Sentyabr ayının 5 əsas trendi - Fotolar

Sentyabr ayının 5 əsas trendi - Fotolar

Payızın sərin havası evdə oturmağa əsas vermir. Tabloid.az sentyabr ayının 5 əsas trendini hazırlayıb. Seçdiklərimiz həm işgüzar görüşlər üçün uyğundur, həm də sizi dəb şahzadəsinə çevirə bilər.

Parıltılı və şəffaf plaşlar

Parlaq plaş özü-özünü təmin edə bilən bir geyim olduğu üçün onun altından fiquraya görə, birrəngli paltar geyinmək lazımdır. Yaxud da toxunma sviter və qısa ətəklə birlikdə geyinmək tövsiyə edir. Ən cəsarətli şəffaf plaş modelini "Miu Miu" təqdim edir.

5 главных трендов сентября - фотография 1

Zərli ayaqqabılar

Bu mövsüm Zoluşka dəbi olacaq. Belə ki, ayaqqabının üzərinə səxavətlə düzülən zərlər gündüz də cəsarətlə gəzməyə ruhlandıracaq. Bu barədə seçim böyükdür, hətta idman ayaqqabılarının parıltısı gözləri qamaşdırmaqla məşğul olacaq. Klassik zərli dikdadabanlar da öz yerini alacaq.

5 главных трендов сентября - фотография 2

Toxuma sviterlər və kapuşonlar

Toxunma sviterlərlə dəri yubkaları və qısa şortları birləşdirin. Əks halda sovet geoloqlarına bənzəyəcəksiniz.

5 главных трендов сентября - фотография 3

Çiçək formasında sancaq və broşlar

Çiçək formasında sancaq və broşlar paltar və bluzkalara şıqlıq bəxş edəcək. Flora oyunları üçün ən yaxşı fon klassik paltolar çıxış edəcək. Həcmli qönçələr paltarın daha gözəgəlimli olub çox bəyənilməsinə nail olacaq. Payızda tökülən yarpaqları sinənizə köçürməyi unutmayın.

5 главных трендов сентября - фотография 4

Zəncirbənd

Trendlərə ayaq uydurmaq üçün zəncirbənd detalından istifadə etməlisiniz. Bu cür geyimlər şimşək effekti verir. Eyni zamanda, seksual və cazibədar obraz yaradır.

5 главных трендов сентября - фотография 5

Oxumağa davam et
Reklam
Reklam

Gündəm