Tabloid.az
Həmkarı xanım sənətçimizə narkotik təklif edibmiş
Müğənni Mehrim şok açıqlamalar verib. Sənətçi bildirib ki, bir zamanlar pis vərdişlərdən əziyyət çəkib: “Zamanında möhkəm iradəmin sayəsində pis vərdişlərə tövbə etmişəm. İçki içmək, siqaret çəkmək insanı ölümə, uçuruma aparır. Ona görə də həmişə ətrafımdakılara nümunə olmağa çalışmışam. Mənə baxıb çoxları pis vərdişlərə tövbə ediblər. Çünki eşidiblər ki, mən artıq çəkmirəm. Səkkiz aydır ki, siqaret çəkmirəm və bundan sonra da çəkməyəcəyəm”.
Sənətçi bildirib ki, bir vaxtlar ona narkotikdən istifdə etmək təklifi də olunub: “Çox xoşbəxtəm. Allahdan nə istəmişəmsə, hamısının xeyirlisini mənə yetirib. Bu aləmə qatıldığım gündən indiyə kimi heç vaxt narkotikdən istifadə etməmişəm. Amma mənə şou-biznesdə narkotik istifadə etmək təklif edənlər olub. Lakin heç birini qəbul etməmişəm”.
Mehrim sənət yeniliklərindən də danışıb: “Tezliklə yeni mahnımı və klipimi tamaşaçılara təqdim edəcəm. Başqa yeniliklərim də olacaq. Qoy baxıb görsünlər ki, sənət nə pulla, nə də yekəqarın sponsor daydayla ölçülmür. Sənətin tərkibi insanın qanında axmalıdır. Bu, irsi bir şeydr. Mən çox xoşbəxt insanam”.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi