Hamiləlikdə cinsi əlaqə mümkündür?
Bizi izləyin

Tabloid.az

Hamiləlikdə cinsi əlaqə mümkündür?

Hamiləlik dövründə cinsi əlaqəyə girmək olarmı? Bu körpəyə zərər verə bilər? Bu suallara Türkiyənin tanınmış qadın xəstəlikləri və doğuş üzrə mütəxəssisi prof. dr. Bülent Tıraş cavab verib

Hamiləlik dövründə cinsi əlaqəyə girmək olarmı? Bu körpəyə zərər verə bilər?

Bu suallara Türkiyənin tanınmış qadın xəstəlikləri və doğuş üzrə mütəxəssisi prof. dr. Bülent Tıraş cavab verib.

Həkim qulaqdan-qulağa yayılan bəzi yanlış bilgilərin cütlükləri narahat etdiyini bildirib. Onun sözlərinə görə, “Hamiləlikdə cinsi əlaqə körpəyə zərər verir” düşünənlər yanılırlar. Bu fikir tamamilə yanlışdır.

“Hamiləlik dövründə cinsi əlaqə körpə üçün zərərli deyil. Çünki körpəni çevrələyən amniyo adlı maye (embrionu qoruyan və qidalandıran maddə), bütün fiziki dəyişikliklərə qarşı onu qoruyur”.

Bülent Tıraş hamilə qadınların sekslə məşğul olarkən gigiyenik qaydalara daha çox diqqət etməli olduqlarını deyir. Həkim seks zamanı hamilələr üçün uyğun olan pozaları seçməyi tövsiyə edir. Bülent Tıraş ananın sekslə məşğul olmasının körpə üçün faydalı olduğunu da vurğulayır:

“Bəzi cütlüklər hamiləlik dövründə seksdən imtina edirlər. Ancaq bunun körpə üçün zərərli olduğunu elmi araşdırmalar sübut edib. Belə ki, cinsi əlaqə zamanı anada istehsal olunan seratonin hormonu körpənin inkişafında çox önəmli rol oynayır. Seks cütlük arasındakı sevgini artırdığı üçün uşaq daha sağlam bir ailədə dünyaya göz açır. Ata olmağa hazırlaşanlar hamilə həyat yoldaşları ilə cinsi əlaqəyə girərkən qadına həssas davranmalı, qəfil hərəkət etməməli və körpəni nəzərə alaraq uyğun pozaları seçməlidirlər".

Tabloid.az

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm