Hər gün nə qədər kalori alınmalıdır?
Bizi izləyin

Tabloid.az

Hər gün nə qədər kalori alınmalıdır?

Gündəlik nə qədər kalori alınmalıdır?

Maddələr mübadiləsi, bədənin təməl funksiyalarını davam etdirə bilmək üçün bir gündə ehtiyac duyulan minimum enerji miqdarıdır.

Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istirahət zamanı bədənin kalori xərcləmə sürəti nəzərə alınaraq qiymətləndirilir və hər adama görə müxtəlif olur.

Qidalanmaq, yatmaq, təmizlik işləri görmək və s. bu kimi oxşar fəaliyyətlər zamanı bədən davamlı olaraq kalori yandırır.

Maddələr mübadiləsinin sürətli olmasının kilo alıb verməyə əhəmiyyətli təsiri var. Maddələr mübadiləsi sürətiniz nə qədər aşağıdırsa, kökəlmək ehtimalınız o qədər yüksəkdir. Çox köksünüzsə, ilk işiniz maddələr mübadiləsini sürətləndirmək olmalıdır. Bunu etmək üçün də əzələ toxumasını artırmaq lazımdır. Əzələ toxumanız nə qədər çoxdursa, maddələr mübadiləsi də bir o qədər sürətlidir.

Bu səbəbdən də nizamlı məşqlər maddələr mübadiləsini sürətləndirmək və bədən funksiyalarının daha mükəmməl çalışmasını təmin etmək sağlam həyat üçün vacib şərtlərdən biridir.

Maddələr mübadiləsi zəif olan şəxslər daha tez kökəlirlər. Artıq çəkidən azad olmaq üçün əsas şərt xərclənən kalori miqdarının alınan kalori miqdarından çox olmasıdır.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm