Aynişan İstanbulda təhsil almaq şansı qazandı - Foto
Bizi izləyin

Tabloid.az

Aynişan İstanbulda təhsil almaq şansı qazandı - Foto

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva İstanbulda ali məktəbə daxil olub.

Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyeva İstanbulda ali məktəbə daxil olub.

Tabloid.az xəbər verir ki, bu haqda sənətçi özünün “Facebook” profilində yazıb. O, bildirib ki, Aynişan İstanbul Bahçeşehir Universitetinin magistraturasına daxil olub:

“Bu gün həyatımın ən xoş xəbərlərindən birini aldım. Gözəl qızım, mənə bu xoş anları yaşatdığın üçün çox sağ ol. Balama bu yüksək pillələrə ucalmaq üçün kömək edənlərə - 210 və 189-nömrəli məktəbin müəllimlərinə, Mədəniyyət və İncəsənət Universitetinin müəllimlərinə, həmçinin Mehriban Qasımovaya dərin minnətdarlığımı bildirirəm. Mənə və balama Türkiyədə düzgün yola istiqamətləndirən İstanbuldakı konsulumuz Həsən Zeynalova, dəyərli sənətkarımız Məlahət Abbasovaya təşəkkür edirəm”.

A.Haşımova statusunun sonunda uzun illər öncə şəhid olan həyat yoldaşına müraciət edərmiş kimi bu sözləri yazıb:

“Xalid, balan bir yüksək pillə daha qazandı. Bayramın mübarək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm