• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Dodaqların seksual görünməsi üçün nə etməli?

Dodaqların seksual görünməsi üçün nə etməli?

Dodağın çatlaması və dərisinin soyulmasına qarşı vasitələr

Gənc qızların bir çoxu canlı və sağlam dodaqlar üçün müxtəlif proseduralar edirlər. Lakin, bədənin digər üzvlərindən fərqli olaraq, dodaqlar hər cür hava şəraitində müxtəlif təsirlərə məruz qalır. Soyuq və quru havalarda qurumuş və çatlamış dodaqlar qadınlarda narahatlıq yaradır. Mütəxəssislər bunun əsas səbəbini dodaqlarda və dəridə olan nəmin kifayət qədər olmaması ilə izah edirlər. Bunu aradan qaldırmaq üçün uyğun məlhəm seçilməlidir. Məlhəmlər dodaqları qorumaqla yanaşı, ehtiyac duyulan nəmi təmin edir.

Bəziləri pomadanı dodaq məlhəmi kimi istifadə edir. Qeyd etmək lazımdır ki, pomadalar daha çox kosmetik məhsullar olaraq düşünülüb və ümumi gözəlliyi vurğulamaq üçün istifadə edilir. Məlhəmlər isə dodaqları nəmləndirir.

Bəzən dodaqların müxtəlif kremlərdən istifadə edilməsinə baxmayaraq, dərisinin qopması, soyulması davam edir. Bu da alışqanlıq halına gəlir. Bəs belə vəziyyətlərdə nə etməli? Aşağıdakı reseptlərə əməl edərək dodaqları əvvəlki sağlığına qovuşdurmaq mümkündür.

Dodaq məlhəmləri evdə hazırlanan sadə məhsullardan biridir. Bunun üçün bal mumundan, buğda toxumu, badam, kokos yağından istifadə etmək olar.

1. Məlhəm badam və kokos yağlarının bal mumuna nisbəti şəklində hazırlanır (2/1), üzərinə 1 damla buğda toxumu yağı əlavə edilir. Bu sadə qarışığı bir qabda isitmək və əsas qarışığa bal mumu incilərini əlavə edərək soyutmaq lazımdır.

2.Yarım stəkan qoz yağı və 2 xörək qaşığı əridilmiş bal mumu qarışdırılaraq soyudulur, kiçik bir şüşə qaba qoyulub səhərlər dodaqlara sürtülür.

3. Sadəcə təmiz balı dodaqlara sürtməklə 15 dəqiqə gözləyin, bu da yaxşı təsir göstərir.

4. Qızılgül yağı ilə balı qarışdırın, bu qarışımdan səhər-axşam dodaqlara sürtün.

5. 200 qram küncüt yağı ilə 50 qram bal mumunu su hamamı üsulunda əridib qarışdırın, yenə eyni üsulla səhərlər dodaqlara çəkin.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR