Cazibədar müğənni Sılanın gözəllik sirləri - Fotolar
Bizi izləyin

Tabloid.az

Cazibədar müğənni Sılanın gözəllik sirləri - Fotolar

Cazibədar müğənni Sılanın gözəllik sirləri - Fotolar

Dünən axşam Zinət Salinin konsertində gözəl müğənni Sıla diqqəti öz üzərinə cəmləyib. Yaxın dostu Zinət Salini dinləməyə gələn Sıla yeni imici ilə diqqət çəkib. Onun yeni stili hər kəsin rəğbətini toplayıb.

Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sıla mahnıları qədər son dövrdə arıqlamağı ilə də diqqət çəkir. Artıq çəkidən xilas olmaq üçün ciddi pəhrizə əməl edən müğənni bir neçə ay əvvəl 2-3 kq arıqlamışdı. Müğənni arıqlamaq üçün səhərlər Şeyda Coşkunla yürüşə çıxır, həmçinin diyetoloqunun yazdığı qidalanma rejimindən kənara çıxmır. Çox iştahlı biri olmasına baxmayaraq, düzgün qidalanma rejiminə əməl etdiyi üçün tez bir zamanda istədiyi çəkiyə qovuşa bilib.

Toyuq yeməyən müğənni üçün xüsusi pəhriz siyahısı hazırlanıb. Zülal və meyvələrin üstünlük təşkil etdiyi qidalanma rejiminə keçən sənətçi gilas və badam yeyərək arıqlamağa nail olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm