• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Kişiləri əridən qadın davranışları

Kişiləri əridən qadın davranışları

Qadınları kişilərin hansı qadın davranışlarından təsirləndiyi narahat edir və bu barədə məlumtaları heç vaxt gözdən qaçırmırlar. Kişiləri bəzən şirin, bəzən seksual, bəzən çılğın və ya məsum davranışlarınızla siz də ovsunlaya bilərsiniz. Tabloid.az-ın bu icmalında kişiləri hansı qadın davranışlarının ovsunladığı haqqında danışacağam.

  1. Hər nə qədər dodaq parladıcılarının yapışqanlığından şikayat etsələr də, nəm və parlaq dodaqlar kişiləri hər zaman cəlb edir.
  2. Kişilərin çoxu qadınların çantalarında həddindən artıq əşya daşımasından dolayı zarafat etsələr də, ehtiyac olanda qadın köməyinə arxalanırlar və bu, onları çox təsirləndirir.
  3. Kişilərin əksəri evlərində nizamsız olurlar. Evlərini qaydaya salan qadınlar kişilər üçün əvəzolunmazdır.
  4. Bəhanəyə ehtiyac duymadan sadəcə ağlınızdan keçdiyi üçün zəng etməyiniz, etiraf etməsələr belə, kişilər üçün təsir edicidir. Bu, onu düşündüyünüzü işarə edir, həm də özünə güvəni yüksək olan səmimi biri olduğunuz mənasına gəlir.
  5. Qadınların yumşaq və gözəl qoxulu əlləri kişilər üçün əvəzolunmazlar arasındadır. Əllərinizin hər zaman baxımlı və gözəl qoxulu olmasına diqqət edin.
  6. Qadınların qoruyucusu kimi hiss etmək kişilər üçün qürur verici bir davranış olduğundan, çox təsirlidir.
  7. Qadının baxımlı olması kişilərə təsir edən ən əhəmiyyətli faktorların başında dayanır.
  8. Qadınların əşyalarına göstərdikləri qayğı, kişilərin gözündə sədaqət və fədakarlıq rəmzidir. Münasibətinizə göstərdiyiniz fədakarlıqla nə qədər sadiq və etibarlı olduğunuzu düşünməsini təmin edir.
  9. Kişilər qadınların baxımlı olmalarına diqqət etdikləri qədər, sadə və təbii olmasına da diqqət edirlər. Şişirdilmiş makiyajlar və ya geyimlər sizin haqqınızda ona yaxşı mesajlar ötürməyə bilər. Bu cür imiciniz, sadə və təbii halınız qədər onlara təsir etməyəcəkdir.
  10. Həyatının hər sahəsində uğurlu, nə istədiyini bilən və yardım sevər qadınlar kişiləri cəlb edirlər.
  11. Uşaqlarla yaxşı anlaşan və onları sevən qadınlar kişilərə xoş təsir göstərir.
  12. Bir çox kişi düyməli və ya qolsuz idman köynəyini qadınların üzərində görməyi çox xoşlayır.
  13. Bəzi kişilər qadınların dırnaqlarına diqqət edirlər. Kişilər səliqəli və boyanmış dırnaqların çox estetik və gözəl olduğunu düşünürlər.
  14. Şəxsi əşyalarını əmanət edərək onlara etimad göstərdiyini bəlli edən qadınlar da kişilərdə xoş izlər buraxır.
  15. Hər nə qədər ətirli şamlardan və romantikadan anlamır kimi görünsələr də, kişilərin əksəriyyəti belə şeyləri başdan çıxarıcı hesab edirlər.
  16. Bəzən kişilərin qadınları qəsdən hövsələdən çıxardıqlarını unutmaq lazımdır. Çünki bəziləri inad edən qadınları çox cazibədar, bəzisi isə uşaq kimi küsən qadınları çox şirin hesab edir.
  17. Dikdabanlar qadın bədənini, ayaqlarını və budlarını cazibədar göstərsə də, çox hündür dabanlar zənn edildiyinin əksinə kişilərin diqqətini çox çəkmir. Xüsusən də üzərində dayanmaqda çətinlik çəkirsinizsə, heç geyinməyin.
  18. Kişilərin qəlbinə gedən yol, mədədən keçir. Xüsusi olaraq hazırladığınız yeməklər onlar üçün əvəzolunmaz olmağınızı təmin edə bilər.
  19. Tənqid etmələrinə baxmayaraq, qadınların hisslərini əks etdirmələri onlar üçün əhəmiyyətlidir. Çünki heç bir kişi duyğularını rahat şəkildə ifadə edə bilmir.
  20. Geyimlərindən, yeməklərinə qədər onlara qayğı göstərən qadınlar kişilərə təsir edən davranışlardandır. Bu, əlaqələrinizə nə qədər diqqət göstərdiklərinizinə dair bir işarədir.
  21. Cinsi həyatınızda başdan çıxarıcı olsanız belə, kişilərin əslində şəhvətin müjdəçilərindən (eyhamlı baxışlar və sözlər kimi) təsirləndiklərini unutmayın.
  22. Kişilərin zövqlərinə və vərdişlərinə anlayış göstərən qadınlar onlar üçün daha əvəzolunmazdır.
  23. Kişilərin çoxu qadınlara çimərkən baxmaqdan kef aldığı kimi, onları çimərkən düşünməyin də çox cəlbedici olduğunu etiraf edir.
  24. Xatırlamaları üçün kişiləri məcbur etmədiyiniz müddətcə özəl günlərin tarixinə qarşı laqeyd qalmamağınız onlar üçün təsir edicidir.
  25. Qadınların uzun müddətdə hazırlanmaları kişilər üçün işgəncədir, ancaq qadınları soyunarkən izləməyə sadəcə bayılırlar…
  26. Dostlarının və başqalarının yanında söyləmədiyiniz müddətcə, xüsusi xitablarla ona müraciət etməyiniz kişilərə çox təsir göstərir.
  27. Hər nə qədər qadınların maraq sahələrindən anlamasalar da, qadınların bu mövzularda onlardan məsləhət istəməsi kişilər üçün təsir edicidir.
  28. Bir klassika… Kişilərin çoxu ilk baxışda qadınların ayaqlarından təsirlənir.
  29. Kişilərin çoxu romantikada musiqinin təsirli olduğunu düşünür.
  30. Bir kişi bir qadından həqiqətən xoşlanır və ya onu sevirsə, onu yatarkən izləməyin əvəzsiz bir duyğu olduğunu düşünür.
  31. Gözlənilməz sürprizlər kişilər üçün hər zaman təsirlidir.
  32. Evdə təmizlik edərkən və ya yemək hazırlayan zaman belə onların gözündə cazibədar olduğunuzu bilirdinizmi? Səbəbi isə təbii görünməyinizdədir.
  33. Kişilərin hər dediyini diqqətlə dinləyən qadınlar görəndə heyranlıqdan huşunu itirərlər.
  34. Sürprizlər qarşısında qadınların üzündə görünən uşaq kimi təbəssümlər və gözlərinin parıldaması kişilər üçün əvəzolunmazdır.
  35. Onları istənilən şəraitdə yaxşı təmsil edən qadınlara daha çox bağlanırlar.
  36. Bəzi kişilər qadınların onları əlləri ilə yedirməsindən çox xoşlanırlar, onlara görə bu, doğmalığın və sevginin göstəricisidir.
  37. Ehtiyac duyduğu anlarda onları tək qoymayan və dəstəyini əsirgəməyən qadınlar kişilər üçün əvəzolunmazdır.
  38. Onlar üçün diqqətlə seçdiyiniz alt paltarları kişilərin yataqda ehtirasını daha da alovlandırmağa xidmət edir.
  39. Hər şeyi rahatlıqla bölüşə bildikləri, dərdləşdikləri və söhbətləşdikləri qadınlar kişilərin qəlbini daha tez fəth edir.
  40. Kişilər xəstələndikləri zaman yanlarından ayrılmayan, onlara can-başla qulluq edən qadınları çox sevirlər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR