Qadınlar hansı kişilərdən həzz alırlar?
Bizi izləyin

Tabloid.az

Qadınlar hansı kişilərdən həzz alırlar?

Qadınlar hansı kişilərdən həzz alırlar?

Həyatınıza girəcək olan kişini diqqətlə seçin, sıraladığımız xüsusiyyətləri oxuyun və həyatınıza istiqamət verin. İdeal kişini tapmaq düşündüyünüz qədər də çətin deyil. Bəs yaxşı bir kişidə hansı xüsusiyyətlər cəmləşməlidir?

Dürüstlük: Kişinin ən üstün cəhəti onun dürüst olmasıdır. Qadınlar tanış olduğu kişidə əvvəlcə dürüstlük axtarırlar. Amma həqiqətən dürüst olduğunu haradan anlaya bilərik ki? Əlbəttə ki, bunu zaman göstərir. Və yalnız sizə qarşı dürüst olması əhəmiyyətli deyil. Yoldaşlarına, iş ətrafına, patronuna və ailəsinə qarşı dürüst olmayan bir kişi gün gələr sizə də asanlıqla yalan söyləyə bilər.

Məxfilik: Bütün qadınlar sevgidən əvvəl güvənə biləcəyi bir kişi axtarır. Etibarlı kişi qalmadı deyə düşünməyin. Güvənə biləcəyiniz kişilər təbii ki var. Sizə qarşı açıq, dürüst, yalansız, sizin qəlbinizi qırsa belə, gerçəkləri üzünüzə söyləyən kişilərin qədrini bilin. Çünki bu kişilərdən sizə zərər gəlməz.

Hörmətli: Sevgi, eşq, ehtiras... Hamısı gəlib keçici olsa da, hörmət qalıcı olmalıdır. Hörmətin olmadığı bir münasibətdə sevgi də ola bilməz. Yaxşı kişi harada nə edəcəyini, necə davranacağını, necə danışacağını bilən və hörmətli olan kişidir.

Əzmli: Yaxşı və ideal kişinin əhəmiyyət kəsb edən digər xüsusiyyəti əzmli olmasıdır. Məqsədləri üçün yaşayan, işini sevən və qarşısına karyera məqsədi qoyan əzmkar kişi hər zaman - eşqdə də həyatda da qazanır. Əzmini gördüyünüz və hiss etdiyiniz bir kişi ilə birlikdə olmaqdan çəkinməyin

Ailə münasibətləri: Ailəsinə hörmət edən kişi sizin də qayğınıza qalıb və sizə də hörmət edər. Tərəf müqabilinizin yaxşı ailədən olması sizin də yaxşı ailə qura biləcəyinizə işarə ola bilər. Çünki o ailə həyatını yaxından tanımış olur və ailə qurmanın da vacibliyini dərk edir.

Güclü yumor anlayışı: Bir kişidə yumor anlayışı çox əhəmiyyətli ünsürdür. Qadınlar üzünü güldürə bilən kişilərdən həzz alarlar. Əgər bir kişi sizin üzünüzdə təbəssüm yarada bilirsə, demək ki o kişidən sizə yaxşı yoldaş olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm