Tabloid.az
Bu qadınların yaşını bilənləri bir sual narahat edir... - Fotolar
Aktrisa Syuzan Sarandon məşhurlaşdıran rollarını 40 yaşından sonra oynayıb. Onun şəkillərinə, oynadığı rollarına nəzər salanda illərin ulduz üzərində hakim olmadığının şahidi oluruq. Baxmayaraq ki, bu il aktrisanın 68 yaşı tamam olur.
Tabloid.az ilhamlanıb özünüzə güvənmək üçün yaşlaşdıqca gözəlləşən aktrisaların fotolarını toplayıb. Bu qadınların yaşını bilənləri bir sual narahat edir. Necə? Bu yaşda belə gənc qalmağı necə bacarıblar? Baxın və illərə meydan oxumaq üçün heç vaxt gec olmadığının fərqinə varın.
Syuzan Sarandon, 68 yaş
Aktrisanın cavan və gümrah qalmaq üçün qeyri-adi resepti var. O, pinq-ponq idman növünün tərəfdarıdır. Sarandon hesab edir ki, yoqadan fərqli olaraq bu, formada qalmaq üçün ən əyləncəli idman növüdür.
Kristi Brinkli, 60 yaş
Yəqin ki, bu gözəl qadının şəklinə nəzər saldıqda ona ən çox verilən sualın "Bu formanızı necə saxlaya bilirsiniz?" olduğuna dair şübhəniz qalmır. Həy şey çox sadədir. Bu yaşında da "Sports Illustrated" kişi jurnalının üz qabığını bəzəməkdə Kristiyə vegetrian olması kömək edir.
Ceyn Fonda, 76 yaşFitnesin və sağlam qidalanmanın ən ehtiraslı fanatının bu görüntüsü təqdirə layiqdir.
Cerri Holl, 58 yaş"The Rolling Stones" qrupunun əfsanəvi solisti Mik Caqqerin həyat yoldaşı onunla tanış olmazdan öncə məşhurlaşmışdı. 1970-ci illərin ən məşhur manikeni olan bu sarışın gözəllik salonlarının dəb etalonu idi. Yaşına baxmayaraq, hələ də ona tələb var. O, "Chanel", "H&M", "Sunglass Hut" kimi brendlərlə əməkdaşlıq edir.
Sofi Loren, 80 yaş
Onun 72 yaşında "Pirelli" təqviminə çəkildiyi sirr deyil. Aktrisanın gənclik və gözəllik sirri olduqca sadədir. O gün ərzində çoxlu su içir, spirtli içki içmir və siqaret çəkmir.
Meril Strip, 65 yaş65 yaşında olmasına baxmayaraq, ən çox çəkilən aktrisalardan biridr. O, plastik əməliyyat etdirməyib və yaşını gizlətmir. Onun dediyinə görə, boş vaxtlarını ancaq ailəsi ilə keçirir və bol enerjisini də onlara borcludur.
Şer, 68 yaş
Məşhur aktrisa və müğənni özünü plastik cərrahiyyənin canlı reklamı hesab edir. 45 il iş stajı olan müğənni plastik əməliyyatlarla belə cavan qala bildiyini gizlətmir.
Katrin Denev, 70 yaş
Fransız aktrisası günü-gündən çiçək açır. O, əmindir ki, gəncliyi və gözəlliyi yalnız sağlaz həyat tərzi və idmanın hesabına qorumaq olar.
Helen Mirren, 69 yaş
Onun hər çıxışı səs-küyə səbəb olur. Stilistlər isə onun eleqant obrazını çox bəyənirlər. Mirren isə çox təvözəkardır və gəncliyini düzgün geyim seçimi ilə əlaqələndirir.
Ceyn Seymur, 63 yaş
Onu yaşsız qız adlandırırlar. Heç vaxt plastik əməliyyat etdirməyən aktrisa gəncliyini genlərinə borclu olduğunu deyir.
Cenni Rods, 82 yaş82 yaşlı model İngiltərənin "Vielma" markası üçün hələ də kamera qarşısına keçir. Onun aristrokat üz cizgiləri bütün qadınları ruhlandırır.
-
Sosial09:12
Nəsib Quliyevin övladları və xanımı yasda iştirak etmədi - Yasa gələnlər görün nələr danışdı - VİDEO
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ