Seksual aktrisa çılpaq fotolarından danışdı
Bizi izləyin

Tabloid.az

Seksual aktrisa çılpaq fotolarından danışdı

Məşhur aktrisa Cenifer Lourens “Vanity Fair” jurnalının oktyabr nömrəsi üçün fotokamera qarşısına keçib

Məşhur aktrisa Cenifer Lourens “Vanity Fair” jurnalının oktyabr nömrəsi üçün fotokamera qarşısına keçib. Bir-birindən gözəl pozaları ilə maraq doğuran aktrisa jurnala verdiyi müsahibə ilə gündəmə gəlib.

İnternetdə yayılan çılpaq fotolarından danışan gözəlçə belə halla üzləşdiyi üçün çox məyus olduğunu, saatlarla ağladığını bildirib:

“Çox qorxmuşdum. Təəccüblənmişdim ki, biz necə dünyada yaşayırıq. Nə olsun ki, mən məşhur adamam. Bu o demək deyil ki, mənim icazəm olmadan çılpaq fotolarıma baxa bilərsiniz”.

“Mənə deyirdilər ki, üzr istəməliyəm. Axı niyə mən üzr istəməliydim? Əsəbimdən saatlarla ağladım. O fotoları uzunmüddətli münasibətdə olduğum sevgilim çəkmişdi.”.

Qeyd edək ki, hakerlər bir çox dünya ulduzlarının “iCloud” hesablarını ələ keçirərək onların intim fotolarını yayımlayıblar.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm