• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Qadın boynunu gözəl göstərən zərif boyunbağı dəbi – Fotolar

Qadın boynunu gözəl göstərən zərif boyunbağı dəbi – Fotolar

Geyimi gözəl göstərmək üçün aksessuardan istifadə etməyin mütləq şərt olduğunu düşünürəm. Məsələn, elə geyimlər var ki, onları boyunbağısız təsəvvür etmək qeyri-mümkündür. Boyunbağılar müxtəlif olsa da, zərif, nazik növləri bütün qadınlara yaraşır. Son illərdə hər nə qədər dəbdəbəli və iri boyunbağılar aktual olsa da, qadınların çoxu məhz zərif boyunbağılardan vaz keçə bilmir. Zərif boyunbağılar hər şey ilə uyğunlaşdığı üçün ecazkar görünür. Onların qızılı və gümüşü rənglərinə daha çox üstünlük verilir. Bu boyunbağılarda həssas bir cazibədarlıq olduğu üçün gözə daha qəşəng görünürlər. Həcmli boyunbağıları sevən xanımlar da özəl günlərdə zərif modelləri heç nə ilə əvəz etmək istəmirlər. Əgər yeni aksessuar və boyunbağı almaq üçün ideyalar və yeni modellər axtarışındasınızsa, zərif və nazik zəncirli boyunbağılar da sizə ilham verəcək. Onları həm gündəlik, həm də gecə dəvətlərində rahatlıqla taxa bilərsiniz.

Qızılı, inci boyunbağı özəl gecələr üçün mükəmməl seçimdir. Xüsusən də siz inci heyranısınızsa, bu şirin mirvari və qızıl boyunbağı modeli stilinizə bir çox istiqamət əlavə edər.

Nəzər muncuqlu boyunbağını xoşlamaya bilərsiniz. Amma bu model o qədər gözəl və zərifdir ki, fikrinizi dəyişə bilərsiniz.

Parıltılı daşlı boyunbağılar da hər zaman aktual olan modellərdir. Parıltılı daşlı boyunbağılar qadın boynunda elə inanılmaz gözəl və zərif görünür ki, onları taxmamaq günah olardı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR