Bakıya 100 minlik libas gətirilib - Fotolar
Bizi izləyin

Tabloid.az

Bakıya 100 minlik libas gətirilib - Fotolar

Amma satılmır

Bakıdakı "Port Baku Mall" da "Alexander McQueen" brendinin butikini yeganə bir libas bəzəyir. Brendin yeni kolleksiyasından olan bu dəbdəbəli libas dizayn incəsənətinin şah əsəridir.

Tabloid.az xəbər verir ki, paltar satılmır və onu yalnız xüsusi sifarişlə almaq mümkündür. Onun qiyməti 100.000 manatdan çox qiymətləndirilir. Dəbdəbəli eksponat "Alexsandr McQueen" butikinin açılması münasibətilə Azərbaycanın paytaxtında nümayiş olunur.

Paltarı moda evinin kreativ direktoru Sara Berton cəmi bir nümunədə hazırlayıb. Dizaynerin bu libası hazırlamasında ilham mənbəyi ildə bir dəfə gecə açılan çiçək olub. Dizayner incə, gözəl ləçəkləri xüsusi biçimdə və naxışda təqdim etməyə nail olub.

Tezliklə bu möhtəşəm libas geriyə, İngiltərəyə yollanacaq. Ona görə də istedadlı britaniyalıi dizaynerin şedevrinə baxmaq şansını əldən verməyin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm