Astroloji proqnoz - 13 oktyabr
Bizi izləyin

Tabloid.az

Astroloji proqnoz - 13 oktyabr

Astroloji proqnoz - 13 oktyabr

QOÇ – Perspektivlərinizin reallaşması üçün bir qədər mürəkkəb gündür. Hətta vəzifə pilləsində müəyyən uğursuzluq ehtimalınız da var. Tərəddüd etdiyiniz məsələlərdə təcrübəli insanlarla məsləhətləşmələr aparın.

BUĞA - Saat 11-ə qədərki vaxtı nəzərə almasaq, bu təqvimin bəhrəsini hər addımda görəcəksiniz. Vəzifəli şəxslərlə ünsiyyəti dərinləşdirin. Əmin olun ki, müzakirələrdən asılı olaraq həyatınız dəyişəcək.

ƏKİZLƏR - Günboyu qazanc əldə etmək üçün yaxşı imkanlarınız olacaq. Vaxtın darlığını nəzərə alıb yarımçıq işlərinizi tezliklə yekunlaşdırmağa çalışın. Əks təqdirdə qarşıdakı həftəni problemli keçirəcəksiniz.

XƏRÇƏNG - Daxilinizdə mövcud olan ümumi gərginliyi dəf etmək üçün mübarək insanlarla ünsiyyət qurun, ziyarətlərə baş çəkin. Ulduzlar saat 15-dən sonra ovqatınızda müsbət dönüş seziləcəyini bildirir.

ŞİR - Astroloji göstəricilər daha çox şəxsi büdcənizin artacağından xəbər verir. Hətta bunun naminə digər məsələləri ikinci plana da sala bilərsiniz. Qısası, bu gün cibiniz boş qalmamalıdır. Uzaq yola çıxmayın.

QIZ - İxtiyarınızda olan bu gün sizin üçün çox sakit keçəcək. Amma kiməsə borc vermək uğurlu deyil. Hüquqi sənədlərinizi qaydasına salın. Valideynlərinizə, yaşlı qohumlarınıza diqqəti artırın.

TƏRƏZİ - Kosmik ahəngə uyğunlaşmağı bacarsanız, qayğılarınız da azalacaq. Qlobal problemlərinizin həll olunması üçün canfəşanlığınızı artırmalısınız. İş yerini dəyişmək barədə tələskənlik etməyin.

ƏQRƏB - Ümumi məziyyətlərinə görə, düşərli gün hesab etmək olar. Amma nəzərdə tutduğunuz ideyaları həyata keçirmək üçün mütləq risk etməlisiniz. Onsuz da əksər işləriniz risklər hesabına reallaşır.

OXATAN - Qarşınızda uğurlu bir gün durur, paralel olaraq bir neçə işdə fəaliyyət göstərə bilərsiniz. Hadisələrin müsbət inkişafı daha şanslı olmağınıza şərait yaradacaq. Rəhbərliklə mehriban davranın.

OĞLAQ - Ümumi ab-hava əsəblərinizə mənfi təsir göstərsə də, bu, qarşınıza qoyduğunuz məqsədlərə yetişməkdə sizə mane olmayacaq. Hərdəmxəyallıq, acıdillilik etməyin. Xeyir işlərə dəvətdən yayınmayın.

SUTÖKƏN - Ulduzlar saat 16-ya qədər ayıq-sayıqlığınızı artırmağınızı məsləhət görür. Ələlxüsus da fəaliyyət zəminində baş verən bütün proseslərdə neytrallıq nümayiş etdirməlisiniz. Səfərə çıxmaq olmaz.

BALIQLAR - Gün ərzində aldığınız heç bir dəvətə "yox" deməyin. Çünki astroloji göstəricilər tarixi bir gün yaşayacağınızı bildirir. Fürsəti fövtə verməmək lazımdır. Amma özünüzü bədxah adamlardan qoruyun.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm