Mətbəx dekorasiyasında yeni trend - Fotolar
Bizi izləyin

Tabloid.az

Mətbəx dekorasiyasında yeni trend - Fotolar

Mətbəx dekorasiyasında yeni trend - Fotolar

Son illər mətbəxdə də divar kağızının istifadəsi geniş yayılıb. Buna görə də dizaynerlər müasir mətbəx layihələrində bir-birindən rəngli və canlı naxışlarla divar kağızları istehsal edirlər. Müxtəlif naxışlı divar kağızları bütün gününü mətbəxdə keçirən qadınların da ürəyincə olacaq.

Divar kağızı evin bütün aurasını, görüntüsünü rövnəqləndirərkən, həm də fərəhli və hərəkətli bir mənzərə yaradır. Klassik düz ağ kafellər yerini müxtəlif, bir-birindən rəngli və naxışlı divar kağızlarına verir.

Hər zövqə və tərzə uyğun minlərlə divar kağızı modelləri seçmək şansınız var. Xüsusən də silinə bilən olması qadınların işini daha da rahatlaşdırır. Mətbəx üçün divar kağızı seçərkən bu xüsusiyyətinə fikir verin.

Bəzi yeməklərin hazırlanma mərhələsində yaranan yağ ləkələri divar kağızında gözlə görülən ləkə salır. Silinə bilən divar kağızlarında isə bu kimi problemlərlə qarşılaşmayacaqsınız.

Tabloid.az ilham verən bir-birindən fərqli stillərdə mətbəx divar kağızı modellərinə aid bir neçə nümunə toplayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm