Qadını darıxdırıcı olmaqdan xilas edən zinət əşyası - Fotolar
Bizi izləyin

Tabloid.az

Qadını darıxdırıcı olmaqdan xilas edən zinət əşyası - Fotolar

Qadın obrazına cazibədarlıq qatan aksessuar

Nə deyirsən de, bəzək əşyaları hər bir qadının həyatında ilk yeri tutur. Yəqin ki, hər bir qadının heç kəsi yaxına buraxmadığı, ən bahalı, ən dəyərli zinət əşyalarını saxladığı sehrli mücrüsü var. Bu sehrli mücrünü hər dəfə açanda bizə gözəl xatirələr bəxş edir. Xüsusən də qadın qulaqlarını gözəl göstərən sırğalar...

Məncə, nə qədər sadəliyə üstünlük verən bir xanım olsanız da, hər bir modapərəstin öz mücrüsündə qulaqda sallanan “çılçıraq” formalı sırğası olmalıdır. Birincisi onlar kifayət qədər diqqət cəlb edir, ikincisi istənilən saç düzümü ilə gözəl görünürlər, üçüncüsü isə böyük sırğaları digər aksessuarlarla - boyunbağı, bilərzik, üzük və.s-lə uyğunlaşdırmaq lazım gəlmir. Bu halda Sizin obrazınız güclü və ahəngdar olacaq. Artıq neçə ildir ki, dalbadal böyük sırğalar dəbdən düşmür. Populyarlığının zirvəsində qaşlı sırğalar - yaşıl, göy, firuzəyi rəngləri çox aktualdır. Axı onlar həm qəmzəli qarabuğdayılara, həm şux sarışınlara, həm aldadıcı şabalıdı saçlılara, həm də effektli kürən şeytanlara ideal yaraşırlar.

Bəzək əşyaları, xüsusilə ulduzların daşıdığı aksessuarlar nadir hallarda pis olur. Ziyafət paltarının qüsursuz alınmasında aksessuarlar xüsusən də sırğalar mühüm rol oynayır. Yalnız ən qəribə və qeyri-adi, qəşəng, çox-çox böyük sırğalar adi paltarı darıxdırıcı olmaqdan xilas edə bilər. Bir sözlə, iri həcmli sırğalar onun sahibinə də diqqət yetirməyə vadar edir. Tabloid.az məşhurların təntənəli gecələrdə üstünlük verdiyi sırğa kolleksiyalarını təqdim edir.

Gözəllik qurban tələb edir. Əsasən də qulaqlardan irihəcmli sırğalar sallanıbsa...

Sara Mişel Qellar böyük sırğaları sevən ulduzlardandır.

Bar Rafael də gözəllik xətrinə qulaqlarında ağırlıq gəzidrməyə razı olur.

İvanka Tramp - bu ağıllı, gözəl, həm də milyarder arvadı qulaqlarında ən bahalı və ən ağır əziz əşyaları daşımaqdan əsirgəmir.

Gənc aktrisa Keti Kessidi ağır bir yükün altına girməkdən qorxmur. Üstəlik, onlar belə gözəldirsə...

İmanın qulaqlarındakı sırğalar inanılmaz dərəcədə gözəl görünürlər.

Alisiya Kisin sırğaları də möhtəşəm görünürlər.

Izabel Lukas

Rusiya əsilli hollivud aktrisası – Anya Monzikova zərif, amma onun gözəlliyini vurğulayan sırğalar seçib.

Mariya Şarapova - əsl modapərəstdir. Bəs gələcək üçün ən yaxşı investisiya ola bilər, zərgərlik əşyalarından başqa nə ola bilər ki?

Beyonsun sırğaları da çox bahalı görünürlər.

Amerikalı dizayner Tori Berç böyük sırğaları və öz gözəlliyi ilə hamını kölgədə qoya bilər.

Ayşvari Ray hər zaman olduğu kimi ekzotik və valehedici obrazda...

Colini biz nadir hallarda irihəcmli aksessuarlarda görə bilərik. O, sadə və zərif zinət əşyalarına daha çox üstünlük verir. Lakin yaxşı ki, heç olmasa hərdən bir qulağını gözəl və böyük sırğalarla sevindirir.

Federika Narji də bir sırğa daşıyır.

Sara Hayland da özünə qəşəng sırğa seçib.

Odrina Petric özünə qiymətli daşlardan böyük sırğa modeli seçib.

Kristen Bell və Lea Mişel də yuxarıdakılar kimi iri sığralarda gözəl görünürlər.

Keri Malliqan kimi kövrək və incə qız da iri sırğalara üstünlük verir.

Emma Stoun da parlaq görünmək istəyir. Bu asqılarla bunu etmək çox asandır.

Tayra Benskin qaraçı sırğa sadəcə, çox gözəldir. Həm də necə böyükdür! Belə qeyri-adi şəxsiyyəti üçün lap vaxtında.

Hillari Daff da təxminən elə bu üslubda sırğalar seçib.

Monako knyaginyası – Şarlin də öz statusuna uyğun sırğa taxıb.

Nikol Kidmanın sırğaları paltarın tonuna uyğun seçilib.

Aktrisa və müğənni Meqan Martin qulaqlarını paxlava formasında qızılı sırğalarla bəzəyib.

Ketrin Cenkins qırmızı paltar və qızılı sırğalarda möhtəşəm görünür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm