“Alovum səhnəni yandırdı” - Fotolar
Bizi izləyin

Tabloid.az

“Alovum səhnəni yandırdı” - Fotolar

Türkiyəli iki məşhur müğənni Berksan və Hande Yenər duet oxuduqları “Haberi var mı” adlı mahnıya klip çəkiblər

Türkiyəli iki məşhur müğənni Berksan və Hande Yenər duet oxuduqları “Haberi var mı” adlı mahnıya klip çəkiblər. Bedükün rejissorluq etdiyi klipin çəkilişləri zamanı jurnalistlərin suallarını cavablandıran Hande Yenər açıqlamaları ilə gündəmə gəlməyi bacarıb.

Berksanla yaxşı anlaşdıqlarını bildirən Hande “Rekordlar qırmağa davam edirik”, deyərək rəqiblərinə meydan oxuyub.

Ötən gün səhnədə baş verən yanğın hadisəsi xatırladıldıqda isə müğənni “Mənim alovum hər yeri yandırdı, bundan sonra özümlə hər yerə yanğınsöndürənlər aparacağam. Mənə göz dəyir”, - deyərək qəhqəhə çəkib.

Müğənni Niran Ünsalın gündəmə gətirdiyi “pornoqrafik və erotik klip” məsələsinə də münasibət bildirən Hande Yenər “Mənim kliplərimdə nə pornoqrafiya, nə də erotik səhnə olur. Allaha şükür, həmişə zərafətə önəm verirəm”, - deyə bildirib.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm