25 kilo arıqlayan Murad Arifin yeni görkəmi - Fotolar
Bizi izləyin

Tabloid.az

25 kilo arıqlayan Murad Arifin yeni görkəmi - Fotolar

Bəstəkar və aparıcı Murad Arif yaradıcılığından danışıb.

Bəstəkar və aparıcı Murad Arif yaradıcılığından danışıb.

Tabloid.az-a açıqlama verən M.Arif bildirib ki, özünü müğənni kimi də sınayacaq:

“İfaçılıqda çox ciddiyəm. Artıq yarım ildir ki, vokal dərsləri alıram. İlk ifa etdiyim “Həyat yoldaşımsan” adlı mahnım çıxandan sonra inanılmaz maraq və dəstəklə qarşılandım. Bütün bunlar əlbəttə ki, adama həvəs, qol-qanad verir. Yaradıcılıq işlərim bununla bitmir. Artıq iki yeni mahnım aranjemandadır. Yaxın günlərdə bütün medianı ifaçı kimi ilk klipimin təqdimatına dəvət edəcəyəm. Çox rəngarəng, zərif və zövqlü klip alınıb. Tamaşaçılarla paylaşmağa tələsirəm. Klipdə mənim tərəf müqabilim məşhur bir simadır. O kimdir? Bu sirr qalsın. Yaxın günlərdə təqdimat zamanı məlum olacaq”.

M.Arif daha sonra yeni fotosessiyasından söz açıb:

“Açığını deyim ki, bir neçə il öncə çəkilmiş şəkillərmi elə də sevmirəm. Çünki çox kök görünürəm. İndi təxminən 25 kilodan artıq çəki atmışam. Bəzən xəbər portalları haqqımda yazılan xəbərlərdə köhnə şəkillərimdən istifadə edir. Buna görə də yeni fotosessiya etdirmək qərarına gəldim. Düşünürəm ki, yeni şəkillərim fərqli alınıb. Fotoları və klipimi Fərhad Ali çəkib. Farhad Alinin müğənni Miri Yusiflə birgə olan işbirliyini çox bəyəndim. Güman edirəm ki, ilk klipimdə yanılmamışam”.

Yeni fotosessiyanı oxuculara təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm