Tabloid.az
Hər qadını seksual göstərən 8 stil təklifi - Fotolar
Hər nə qədər gözəl geyinsəniz də, qarşı cinsə təsir göstərmək üçün daha seksual görünməyiniz lazım olduğu bir həqiqətdir. Geyinmiş olduğunuz paltarlar üzərində kiçik stil dəyişikliyi edərək hər zaman olduğundan daha seksual görünmək sizin əlinizdədir. Bəs daha seksual görünmək üçün hansı geyimlərə və stillərə üstünlük verməlisiniz? Maraq doğuran bu sualın cavabını öyrənmək üçün yazımızı oxumağa davam etməli və sizin üçün hazırladığımız təklifləri diqqətlə oxumalısınız.
Seksual görünmək üçün bir çox üsul var. Amma ilk növbədə özünüzə
inamınız və hər halınızla gözəl olduğunuzu qarşı tərəfə hiss
etdirməyiniz vacibdir. Bunlar olmadan nə geyinsəniz də, çox işə
yarayacağını söyləməyə bilmərik. Əlbəttə, müstəsna hallar ola
bilər, amma istisnalar qaydanı pozmur.
Əgər özünüzə olan inamınızda heç bir çətinlik yoxdursa və mən hər
halımla gözələm deyirsinizsə, siyahımıza başlaya bilərik. Seksual
görünməyi çoxları açıq geyimlərlə qarışdırır. Açıq geyimlər
kişiləri ehtirasa gətirsə də, bu fikir tam mənada düzgün deyil və
seksuallıq anlayışının insandan insana dəyişə biləcəyi bir
həqiqətdir.
Kiçik, amma əhəmiyyətli taktikalarla seksual stil sahibi olmaq mümkündür!
Stiletto+dar şalvar cütlüyü
Ayaqlar, biləklər seksual obrazın əsas hissədir. Ayaqlar incə və dikdaban ayaqqabılarda çox gözəl görünür. Əyninizdə kip oturan dar şalvarın altına geyinəcəyiniz nazik dabanlı stilettolar sizi bir anda tamamilə başqa bir havaya salacaqdır.
İncə asqılar
İncə asqılar kəsik dekolteli, boyundan asılan incə asqılar stilini əks etdirir. Spagetti adlanan incə asqılar hər kəsin diqqətini ən seksual hissəyə, yəni, çiyinlərinizə çəkəcək.
Boyundan bağlanan asqılar
Çiyinlərin ən seksual yerinizdən biri olduğunu söyləmişdik. Eyni ilə incə asqılar kimi boyundan bağlanan asqılar da çiyinlərinizi ön plana çıxaracağı üçün sizi olduqca cazibədar göstərəcək.
Kəsik dekoltelər
Bədəninizin müxtəlif yerlərində qoyulan kiçik dekoltelər sizi olduqca çəkici göstərəcək.
Sinə dekoltesi
Sinə ölçüsünün heç bir əhəmiyyəti olmadığını dərin sinə dekoltesi ilə sübut edə bilərsiniz. Sinə dekoltesi hər qadını seksual göstərir, sinənin nə qədər kiçik və ya böyük olmasının heç bir əhəmiyyəti yoxdur. Əhəmiyyətli olan sinə dekoltelisini tək başına istifadə edərək dozanı yaxşı tənzimləməyi bilməkdir.
Alt paltarı detallarına malik paltarlar
Alt paltarı detallarına malik paltarlar sizi bir anda seksual havaya salmağa kömək edir. Sinə və bel hissəsi korset kimi üzərinizə oturacağından qadınlığı ön plana çıxarır.
Əminik ki, daha seksual görünmək üçün artıq hansı geyimlərə üstünlük verməyiniz lazım olduğu barədə başınızda bir sual işarəsi qalmayıb. Siz də geyim üslubunuzda kiçik dəyişikliklər edərək qarşı cinsin ağlını başından alan bir afət ola bilərsiniz.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR