"Ağa Məhəmməd şah Qacar" Naxçıvan səhnəsində
Bizi izləyin

Tabloid.az

"Ağa Məhəmməd şah Qacar" Naxçıvan səhnəsində

"Ağa Məhəmməd şah Qacar" Naxçıvan səhnəsində

Fevralın 18-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli dramaturq Əli Əmirlinin “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” tarixi dramı əsasında hazırlanmış “Ağa Məhəmməd şah Qacar” tamaşasının premyerası olub.

Publika.az-ın məlumatına görə yüz əlli illik Qacariyyə sülaləsinin təməlini qoymuş Ağa Məhəmməd şah Qacarın dramatik taleyindən bəhs edən tamaşanın quruluşçu rejissoru Xalq artisti Kamran Quliyev, qurluşçu rəssamı Xalq rəssamı Hüseynqulu Əliyev, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi İmamqulu Əhmədovdur.

Naxçıvan səhnəsində Ağa Məhəmməd şah Qacar rolunda Muxtar Respublikanın əməkdar artisti Səməd Canbaxşıyev çıxış edib. Qalan rollarda Xalq artistləri Yasəmən Ramazanova (Ceyran xanım), Rza Xudiyev (Cəfərqulu xan), Əməkdar artistlər Əli Əliyev, Əbülfəz İmanov, Bəhruz Haqverdiyev, Xəlil Hüseynov və başqaları oynayıb.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm