Mövsümün aktual olan dırnaq boyaları - Fotolar
Bizi izləyin

Tabloid.az

Mövsümün aktual olan dırnaq boyaları - Fotolar

Mövsümün aktual olan dırnaq boyaları - Fotolar

Makiyajın əvəzolunmaz elementlərindən olan lak qadınların çoxu üçün əsl ehtirasdır. Məhz bu yazımız lak həvəskarlarına görə hazırlanıb. 2014-cü ilin lak rənglərində nələr var, hansı dırnaq art tərzləri dəbdə olacaq, bütün bu sualların cavabını yazıda və bu albomda görə biləcəksiniz. Dünya şöhrətli moda brendlərinin dəfilələrindən toplanan və aktual olan dırnaq boyalarının fotolarını dəyərli oxucularımızla bölüşürük.

Bu mövsüm qarşıya çıxan lak rənglərini belə sıralaya bilərik. Qırmızının tonları, tünd rənglər, qızılı rənglər, neytral tonlar, yarım ay manikürü, dırnaqlarda zolaq naxışlar, metal və simli dırnaqlar, krujeva manikürləri aktual olacaq.

Görünən odur ki, havaların tutqun, çiskin və dumanlı olması lak trendinə də təsir edib. Belə ki, bu mövsüm özündə payızın qızıl çalarlarını, neytral tonları və tünd rəngləri birləşdirən lak rəngləri hakim olacaq.

Qış aylarında zoğalı və qəhvəyi lak rəngləri, payız aylarında isə krem və xaki rəngi kimi açıq rənglər dəbdə olacaq. Nail art olaraq yarım ay şəklində naxışlar ön planda olacaq.

Qırmızı, bənövşəyi, mavi, boz kimi bir çox rəng və tonlar da 2014-2015 lak trendində önə çıxan rənglər arasında yer alır. Xüsusilə tutqun rənglər ən çox üstünlük verilənlər arasındadır.

Qırmızı lak artıq klassika halına gələn hər bir dövrdə populyar olan lak trendlərindəndir. Geyindiyiniz geyimdən asılı olmayaraq, qırmızı tonlar gözəlliyinizə gözəllik qatacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm