Sağlam həyat üçün səhərlər nə yeməli?
Bizi izləyin

Tabloid.az

Sağlam həyat üçün səhərlər nə yeməli?

Səhərlər şirniyyatla çay içənlər, bulka, qurabiyə yeyənlər bədənlərini zərərli maddələrlə doldururlar

Səhər yeməyi orqanizm üçün çox önəmlidir. Ona görə də səhərlər sağlam qidalanmaq lazımdır. Xüsusilə də səhərlər şirniyyatla çay içənlər, bulka, qurabiyə yeyənlər bədənlərini zərərli maddələrlə doldururlar.

Bəs səhərlər necə qidalanmaq lazımdır?

Mütəxəssilər bildirirlər ki, günə yaxşı başlamaq üçün səhər yeməyində mütləq alma və banana yer vermək lazımdır.

Diyetoloqlar ümumiyyətlə, səhərlər meyvə yeməyin orqanizmə bir çox faydasının olduğunu deyirlər.

Meyvə yemək ilk növbədə enerjinizi artırır. Meyvələrin tərkibində keyfiyyətli karbohidrat var və bu sağlamlıq üçün çox faydalıdır. Lif baxımından olduqca zəngin olan meyvələr daha gec acmağınıza səbəb olur.

Səhərlər xüsusilə alma, banan, portağal və yemiş kimi meyvələr yemək həzm sisteminin yaxşı işləməsinə kömək edəcək. Səhər saatlarında meyvə yedikdə gecə bədəninizdə yığılan toksinlər bədəndən xaric edilir.

Özünüzü yaxşı hiss etmək üçün beynin qlükoza ilə qidalanması şərtdir. Meyvə yedikdə bu qlükozanı qəbul etmiş olursunuz. Ona görə də səhərlər meyvə yeyənlər gün ərzində yaxşı əhval ruhiyyədə olurlar.

Meyvələr C vitamini baxımından olduqca zəngindirlər. Bu vitamin sizi həm qrip və soyuqlama kimi xəstəliklərdən qoruyur, həm də stresslə mübarizə aparır.

Meyvələrin tərkibində çoxlu miqdarda su var. Səhər kivi, ananas, üzüm və armud kimi bol sulu meyvələr yeyərək gecə boyu susuz qalan orqanizmi su ilə təmin edə bilərsiniz.

Hazır satılan qidalar yeməkdənsə meyvə yeməyə üstünlük verin. Beləliklə, həm daha az kalori qəbul edəcək, həm də vitamin və minerallar baxımından daha sağlam qidalanmış olacaqsınız.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm