Bədənin başdan ayağa nələrə ehtiyacı var?
Bizi izləyin

Tabloid.az

Bədənin başdan ayağa nələrə ehtiyacı var?

Bədənin başdan ayağa nələrə ehtiyacı var?

Sağlam bədənə sahib olmaq və gözəl görünməyi kim istəməz ki?! Əslində bu, o qədər də çətin deyil! Yediyiniz qidalara diqqət edərək və təpədən dırnağa qədər bədəninizin nəyə ehtiyac duyduğunu bilməyiniz kifayətdir!

Qulaqlar

Nəyə ehtiyacı var? SİNKƏ! Mütəxəssislərqulağın içində meydana gələn qulaq cingildəmələri və eşitmə qüsurlarının sink çatışmazlığından qaynaqlandığını deyir.

Nə yeməlisiniz? Toyuq, quzu-sığır əti, fındıq, mərci.

Diş və diş əti

Nəyə ehtiyacı var? KALSİUMA! Diş və diş ətinin sağlam görünməsini istəyirsinizsə, gündə ən az 800 mq kalsium qəbul etməlisiniz.

Nə yemılisiniz? Süd, ispanaq, quru əncir, qaysı, razyana və kələm sayəsində kalsium ehtiyaclarınızı ödəyə bilərsiniz.

Ürək

Nəyə ehtiyacı var? OMEQA-3 YAĞ TURŞULARINA! Ürəyin hiyləgər düşməni xolesterini tanıyırsınızmı? Xolesterol, orqanizmin bütün hüceyrələrində olan yağa bənzər maddədir. Xolesterin hüceyrə qılafının və bəzi hormonların quruluşunda istifadə edilir. Ancaq qanda çox olması zərərlidir. Xolesterin qaraciyər tərəfindən istehsal edilərkən, digər tərəfdən də qidalardan alınır. Ət, süd və yumurta kimi heyvan mənşəli məhsulların tərkibində bol miqdarda var, tərəvəz və taxılların tərkibində isə yoxdur.

Nə yeməlisiniz? Omega-3 yağ turşuları ehtiva edən balıq ürək üçün çox faydalıdır. Mütəxəssislər xüsusilə skumbriya və sardinya balığını daha çox yeməyi tövsiyə edirlər.

Gözlər

Nəyə ehtiyacı var? A VİTAMİNİNƏ! Bu, orqanizmin sağlam olmaq üçün ehtiyac duyduğu ən vacib vitaminlərdən biridir. Göz sağlamlığına da təsiri böyükdür.

Nə yeməlisiniz? Kök, ispanaq, razyana, kartof, gül kələmi, fındıq, mərci.

Saçlar

Nəyə ehtiyacı var? AMİN TURŞULARA! Saçlarının sağlam uzanması və tökülməməsi üçün ehtiyacın olan ən əhəmiyyətli şey, amin turşularıdır.

Nə yeməlisiniz? Həm zülal, həm də amin turşu tərkibli qidalara üstünlük verin. Pendir, yumurta, toyuq, hinduşka, fındıq kimi qidaların tərkibində saçlara lazım olan bütün vitamin və turşular var.

Dəri

Nəyə ehtiyacı var? C VİTAMİNİNƏ! Dərinizin hamar və sağlam görünməsini istəyirsinizsə, hər gün ən az 60 mq C vitamini qəbul etməlisiniz. C vitamini orqanizmin müdafiə sistemini artırır. Həmçinin bədəndəki yara izlərinin bağlanmasına yardımçı olur, dəriyə hamar görünüş qazandırır.

Nə yeməlisiniz? C vitamini təzə tərəvəz, meyvə və meyvə suyunda bol miqdarda var. Xüsusilə, portağal, qreypfrut, limon, albalı və qara üzüm C vitamininin bol olduğu meyvələrdir.

Dırnaqlar

Nəyə ehtiyacı var? BİOTİN! Gözəllik vitamini kimi də tanınan biotin, saç və dırnaq uclarını gücləndirir.

Nə yeməlisiniz? Yumurta, balıq, süd, pendir, kələm və kartof.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm