Tabloid.az
Xalq artistinin arvadına zəng vurub deyiblər ki, ərin...
Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Ramiz Novruzov şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.
Aktyor ilk dəfə çəkildiyi serialda aktrisanı qucaqladığına görə evinə çoxlu zənglər olunduğunu deyib: “İlk dəfə çəkildiyim “Dodaqdan qəlbə” serialı zamanı roluma uyğun olaraq aktrisanı qucaqladım. Evə çoxlu zənglər gəldi. Amma həyat yoldaşım ayıq-sayıq qadın olduğu üçün bu məsələyə reaksiyası tam fərqli oldu. Seriala baxıb dedi ki, qızı çox ürəksiz qucaqlamısan, xoşuma gəlmədi. Bununla da söhbət bitdi”.
Aktyor hesab edir ki, əgər kişinin qanında-canında, xəmirində, ruhunda varsa, mütləq arvadına xəyanət edəcək: “Xəyanət ruha bağlı bir xüsusiyyətdir. Kişinin canında-qanında sevdiyinə xəyanət etmək varsa, deməli, mütləq o, xəyanət edəcək. Qadından çox şey asılıdır. Məsələn, mən aktyoram, oynadığım gözəl bir rolla qadınımın yanında qürrələnmək istəyirəm. Amma o, birdən desə ki, filan aktyor bu rolu səndən gözəl oynadı, o zaman içimdəki kişi sınır. Digər sənət sahibində də - istər müğənni olsun, istərsə yazıçı və s - belədir. Bir yazıçı gəlib xanımının yanında hansısa əsərini tərifləyir, amma qadını ona deyir ki, filankəs səndən gözəl yazır. O halda kişi sınır. Elə bir kişi yoxdur ki, xanımı tərəfindən təriflənməsini istəməsin. Hər bir kişi qadını tərəfindən qiymətləndirilməsini istəyir. Gərək kişi zəif də olsa, qadın ona qol-qanad versin”.
Xalq artisti bütün hallarda qadının haqlı olduğunu deyir: “Əgər qadın özünə baxmırsa, yenə də günah kişidədir. Deməli, kişi onun üçün artıq maraq kəsb eləmir. Əgər kişi ikinci qadını sevirsə, onun yanına gedirsə, deməli, birinci qadını sevməyibmiş. Sevgi bitən hiss deyil, sadəcə, sonradan uşağa və nəvəyə bölünür”.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO