Alt paltarını dəbə gətirən məşhurlar- Fotolar
Bizi izləyin

Tabloid.az

Alt paltarını dəbə gətirən məşhurlar- Fotolar

Alt paltarı hər zaman sadəcə alt paltarı deyil!

Əgər söhbət məşhurlardan düşürsə, onların gözqamaşdırıcı geyimlərindən bəhs etməyə bilmərik. Daha doğrusu, cəsarətli geyimləri ilə ön planda olan məşhurlar alt paltarını gecə paltarına çevirmə trendinə başlayıblar. Tabloid.az bu icmalda alt paltarını ziyafət libasları kimi istifadə edən və dəbə gətirən məşhurlardan bəhs edir.

Bəziləri alt geyimlərini ziyafət geyimlərinin bir hissəsində göstərir, bəziləri isə tamamilə alt paltarı fonunda bir paltarı üzərində daşıyaraq bu trendi davam etdirir.

Ən cəsur tanınmışlar və alt geyimi üst geyim trendinə çevirən geyim nümunələri:

Dünyaca məşhur müğənni Rihanna qırmızı xalı üçün paltar seçərkən qətiyyən utancaq davranmır. Bu yaxınlarda qala gecəsində geyindiyi “Tom Ford” imzalı bu cəsur geyim bütün gözləri Rihannanın üzərində toplaya bildi.

1rrr

Rita Ora V festivalında rəğbət toplayan səhnə şousu üçün bol cırılmış cins və büstqalter şəklində üst geyim seçib.

2rrrr

Jessie Jin tamamilə tor parçadan, yerə qədər uzanan paltarı ilə sanki dəbin ən inkişaf etmiş fərdi kimi meydan oxuyur.

5rrrr

Rihanna yenə səhnədə! 2012 “Victoria's Secret” şousunda çıxış edən müğənni “Vivienne Westwood Couture” paltarının yarığından görünən elastik bantı ilə cəlbedici görünürdü.

6rrrr

Bir daha Rihannaya qayıdaq! Victorias Secret şousundan 18 ay sonra bu şəffaf paltar ilə göründü. Tor parçadan tikilən paltarın altından büstqalter taxmayıb.

7rrrr

Ledi Qaqanı təkcə dəblə ayaqlaşmadığı üçün deyil, həm də alt paltarı taxmadığı üçün qınayırlar. Amma onun bu tərzinə demək olar ki, öyrəşmişik. O, hər yerə yarım şəffaf geyimlərdə gedir, alt paltarı isə onun məlum olmayan stilinin əsas xüsusiyyətidir. Ledi Qaqa stilindən ilham almaq istəyirsinizmi? Onun stilini yumşaltmaq üçün gecəlik tərzində geyim seçə bilərsiniz.

9rrrr

Qven Stefani tərizini nümayiş etdirməsi üçün alt paltarının görünməsi lazımdır. Müğənni və dizayner kimi fəaliyyət göstərən Qvenin geyindiyi bu paltar öz kolleksiyasındandır. Altdan görünən qara alt paltarı olduqca yersiz görünür.

12rrrr

Çılğın müğənni Mayli Sayrus hələ saçlarını kəsdirmədən əvvəl 2012-ci ildə iştirak etdiyi bir dəvətdə “Emilio Pucci” imzalı paltar geyinmişdi. Korsetli büstqalter şəklində krujeva parçadan tikilən qara libas müğənniyə çox gözəl yaraşmışdı. Bütün bədənini çılpaqlığı ilə nümayiş etdirən geyimlərdən daha gözəl qalır.

17rrrr

Kara Delevin casual görünüşlü paltarını krujevalı büstqalter ilə daha seksual hala gətirməyi bacarıb.

19rrrr

Mayli Sayrus 2012-ci ildə geyindiyi seksual paltarlardan sonra dəlisov stilə bürünür. Bu stilin çox da uğurlu olduğunu deyə bilmərik. O, Las Las-Veqasda keçirilən “iHeartRadio Music” festivala cəsarətli paltarda gəlmişdi. Belə ki, tamamilə tor parçadan ibarət paltarının altına sadəcə sinə uclarını bağlayan büstqalter geyinmişdi.

23rrrr

Keşanın qırmızı xalı üçün geyindiyi tül və krujevadan tikilən çimərlik geyimi şəklindəki olduqca iddialıdır.

24rrrr

Alt paltarının gecə paltarlarına çevrilməsindən danışırıqsa, burada Kim Kardaşyana yer verməsək, olmaz. Kim Kardaşyan büstqalter geyinməyi sevməsə də, bəzən gecə geyimlərinin altından seksual alt paltarları geyinir. Dekolteli geyimləri ilə o, sanki hər kəsin diqqətini çəkmək məqsədini qarşısına qoyub.

29rrrr

Oxumağa davam et
Reklam
Reklam

Gündəm