• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Hər yaşda gəncləşmək üçün A vitamini

Hər yaşda gəncləşmək üçün A vitamini

Payız-qış mövsümü ilə əlaqədar olaraq dəri və bədənimizdə vitamin azalmağa başlayır. A, D, E və C vitamin azalmaları fizioloji olaraq özünü aydın şəkildə göstərməyə başlayır. Bu azalmalar dəridə atrofik müşahidə olunur. Dəri solğunlaşır, qan dövranı yavaşlayır və eyni zamanda ani temperatur dəyişikliyindən dolayı evdə, ofisdə isti temperatur, çöldə soyuq havaya bağlı olaraq dəridə həddən artıq quruluq yaranır. Dərinin nəm saxlama xüsusiyyətinin pozulmasından dolayı, dəri qabıq verir və soyulur. Ona görə bu azalmalara qarşı dərimizi A vitamini ilə yeniləməyin əsl vaxtıdır.

Fəsillər dəyişdikcə dəri və bədənimizin ehtiyacları da dəyişir. Bu səbəbdən də dərini həm xaricdən, həm də daxildən A vitamini ilə bəsləyərək qorumaq, həm də qidalarla bədən enerjimizi yüksəldib, dəyişən soyuq iqlimə qarşı hazırlıqlı hala gətirə bilərik.

Qış aylarında A vitaminin dəriyə olan faydaları

A vitamini göz problemləri və korluğun qarşısını alır. İnfeksiyaya qarşı müqaviməti artırır. Dərinin, dırnaqların və saçların sağlam qalmasını təmin edir. Diş və diş əti üçün böyük əhəmiyyət daşıyır. Bu vitamin dərinin nəmli qalmasını təmin edir. Sinir sistemi xəstəliklərində, soyuqdəymə, ayrıca olaraq böyrəklərdə, ağciyərlərdə problemlər yaranarsa A vitamini müsbət təsir edir. Öskürəyə faydalıdır.

A vitamini dərinin qabıq vermə prosesinə təsir edir və dəridə yaranan quruluğu qısa zaman kəsiyində aradan qaldırır.

A vitamini dərini qorumaq və inkişafı üçün mühüm rol oynayır. A vitamini yetkin dərilərdə sərtləşən və elastikliyini itirən dəri toxumalarını yumşaldır. Bu vitamin komedon quruluşuna qarşı təsir edir və yağ istehsalını tarazlaşdırır. A vitamini çox quru və həssas dərilərdə qızartı və qaşınmanı aradan qaldırır.

A vitamini xüsusən də dəri gəncləşdirici funksiyanı yerinə yetirir, qırışıq əmələ gəlməsinin qarşısını alır və ləkələri aradan qaldırmaq xüsusiyyətinə malikdir.

Peşəkar qulluqda A vitaminin rolu

A vitamini dəriyə maska şəklində də çəkilə olunur. Təmiz dəriyə "Pure Vitamin A Power" zərdabı "Ultra- Shall" üsulu ilə dəriyə yedirilib nüfuz etdirilir. Sonra "Pure Energy Mask" A vitamini ilə dəriyə masaj edilir və maska 25 dəqiqə saxlanılır. Daha sonra artıqlar salfetlə təmizlənir alınır və dəridə saxlanılır.

A vitamini ilə ev şəraitində qulluq

Yenə "Pure Vitamin A Power" zərdabı təmiz dəriyə səhər və axşam tətbiq olunur, axşam qulluğunda zərdabdan sonra "Pure Energy Mask" gecə kremi olaraq sürtülür. Bu maska soyuq qış aylarında dərini bəsləyir.

Xüsusilə soyuq qış aylarında A vitaminin qidalanmada faydaları

Bədənimizə enerji verən qidalar, yumurta, süd, kərə yağı, pendir, balıq yağı, qara ciyər, kök, ispanaq, kələm, gül kələmi, istiot, tünd yaşıl tərəvəzlər A vitamini ehtiva edən qidalar arasındadır. Meyvələrdə portağal, naringi A vitamini ilə zəngin olan qidalar siyahısına daxildir. Bu qidaları istehlak etsək, ehtiyacımız olan A vitamini qarşılayarıq.

A vitamini az olanda nələr baş verir?

Dəri ləkələnir.

Skelet inkişafının dayanmasına səbəb olan böyümə əskikliyi müşahidə olunar.

Kornea ilə əlaqədar problemlər, gecə korluğu və korluq meydana gələ bilər.

İmmunitet sistemi və bədən müqaviməti azaldığından, bədəndə infeksiya daha tez yayılar.

Uşaqlarda dişlərin formasız və qeyri-sağlam inkişafı müşahidə olunar.

Bu qış tabloid.az-ı izləyən bütün oxucularımıza sağlamlıq və gözəllik dolu günlər arzu edirik...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR