• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Kral ailələrinin bahalı zinət əşyaları - Fotolar

Kral ailələrinin bahalı zinət əşyaları - Fotolar

Taclar böyük hökmdarların və imperatorların, kral və kraliçaların ən vacib aksessuarıdır. Çox az insana nəsib olan, kraliça və şahzadələrin daşıdıqları taclar dünyanın ən bahalı aksessuarı hesab olunur. Taclar çox özəl və qiymətli qaşlarla, brilyantlarla bəzədilən zinət əşyalarından daha qiymətlidir. Qiymətli taclar əslində bir miras kimi nəsildən-nəslə ötürülür. Qız övladına, ya da oğlanın həyat yoldaşına keçir. Amma kraliça tacları mütləq daha təmtəraqlı və ehtişamlı olmalıdır. Daha doğrusu, görkəmi, ehtişamı öz üzərində daşıdığı halda eyni zamanda, çox nəfis və zərif görünməlidir.

Müasir tarixdə kraliça Yelizavettanın tacları həm özəl, həm də çox bahalıdır. O, kübarlığı və zadəganlığı ilə tacları layiq olduğu kimi öz üzərində daşıya bilir.

Amma şahzadə dedikdə ağla ilk olaraq şahzadə Diananın tacı gəlir. Kədərli şahzadəyə taclar çox yaraşırdı.

Bütün qadınlar belə gözəl tacı daşımaq istəyər. Amma Diananın həyat hekayəsi çox kədərlidir... Heç bir qadın özünə qəm-qüssə dolu bir həyat arzulamaz. Yəni, möhtəşəm və təmtəraqlı kraliça tacları həyat səviyyəsini və standartlarını artırsa da, xoşbəxt olacağınıza dair zəmanət vermir.

Keyt Middleton da toyunda taxdığı tacla diqqət çəkmişdi. Krallıq ailəsinə məxsus olan tac yüz illərdir ki, gəlinlərin daşıdığı tacdır.

Çox tanınmış kraliça və şahzadələrin taclarından başqa, qədim dövrlərdən qalma əntiq kraliça tacları da var. Əslində, tacların dizaynı və modelləri dəyişsə də, mahiyyəti dəyişmir. Belə ki, bu tac kraliçanın statusunu müəyyən edən əşya olaraq alır. Lakin müasir dövrün tacları daha modern və sadə olur.

Tabloid.az-ın “Moda inqilabları” layihəsi çərçivəsində bu həftə tarixə düşmüş taclar və zərgərlik nümunələri haqqında məlumat verəcəyik.

Napoleon tacı

Королевские бриллианты

Bu baş tacı kristal və sarı misdən hazırlanıb. Jozefina (Jizefina Boqqarnenin nəvəsi) 1844-cü ildə evlənərək bu tacı özü ilə birlikdə İsveçə gətirir.

Şayiələr gəzir ki, tac neçə illər gizlədilib və uzun müddət unudulub. Guya, kraliça Silviya Karl Qustav ərə gedəndən sonra onu tezliklə tapır. O, bu tacı evdə axtarış aparan zaman köhnə şkafların birindən tapır. Kraliça bu tacla ilk dəfə 1979-ci ildə Avstriyaya səfəri zamanı görünür.

Nine Prong tacı

Bu tac xüsusi olaraq kraliça Sofiya (1836-1913) üçün hazırlanıb. Tacın hazırlanmasında ən azı 528 brilyant istifadə olunub və onlar günəş şüaları şəklində yerləşir. Bu tacı gəzdirmək asan deyil, çünki onun elastik tənzimlənməsi yoxdur.

Kraliça Jozefinanın ametis və brilyant daş-qaşla bəzədilən tacı krallığın ametist kolleksiyaları eksponatları arasında ən təsiredici və möhtəşəmi hesab olunur. Onun tarixi I Napoleonun həyat yoldaşı və nənəsi imperatriçə Jozefinanın adı ilə bağlıdır. Onu həm tac, həm də boyunbağı kimi istifadə etmək mümkündür.

Bernadotte Diamodn Rose Brooch

Brilyant sırğalar Epaulette (epoletlər)

Jozefina Leyxtenberqin mirvari və yaqutdan hazırlanan sancağı

Kraliça Braqans tacı

Bu tac imperatriçə Ameli Braziliyə məxsusdur. Həyat yoldaşı I Pedro bu tacı Branqans hersoqluğu dövründə daşıyıb.

Ameli 1873-ci ildə dünyasını dəyişəndən sonra tac onun kraliça bacısı Jozefinaya keçir.

Jozefinadan sonra tac İsveç kralı olan oğlu Oskara keçir. Tacı isə onun xanımı Sofiya Nassau daşıyır.

Tac daha sonra V Karl Qustavın həyat yoldaşı Viktoriya Badenə nəsib olur. Lakin 1935-ci ildə onun ölümündən sonra tac Qustav VI Adolfun həyat yoldaşı Luiza Mauntbattenə keçir.

Luizanın vəfatından sonra bu tacı kraliça Silviya daşıyır. Bu foto 1976-cı ildə çəkilib. Kraliça Silviya etiraf edirdi ki, bu tac onun ən sevimli aksessuardır. Çünki o, ana tərəfdən əslən braziliyalı idi.

Braqansa tacının qaşı almazdan, gül və yarpaqları isə qızıl və gümüşdəndir. Bu tacın uzunluğu təxminən 12,5 sm-dir. Çəkisi isə 1 kq-dır.

Bu tacı bəzi zinət əşyalarından fərqli olaraq yalnız İsveçin krallarına daşımağa icazə verilirdi. Lakin kraliça Luiza istisnadır.

Bir çox illər ərzində kraliça Silviya Braqansa tacını yalnız təntənəli ziyafət gecələrində və rəsmi dəvətlərdə geyir. O, Nobel mükafatının təqdimetmə mərasiminə heç vaxt tacı taxmayıb və onu heç vaxt İsveçdən çıxartmayıb. Lakin 2007-ci ildə Kopenhagendə təntənəli qəbulu istisnadır.

Krallığın digər zərgərlik dəstləri

Konnautskaya tacı

Bu tac Marqaret Konnautskanın toy hədiyyəsi olub. Belə ki, şahzadə Qustav Adolfun valideynlərindən miras qalıb. Marqaretin ölümündən sonra tac böyük oğlu Adolfun himayəsinə keçir. O, öz növbəsində tacı 1932-ci ildə nişanlısı və şahzadə Sibille Saksen-Koburq-Qotskiyə hədiyyə edir.

Kraliça Silviya ailəyə daxil olanda şahzadə Sibilla artıq dünyasını dəyişmişdi. Karl Qustav da həmçinin. Tac Karl Qustava məxsus olsa da, onu ailənin bütün xanımlarına daşımağa icazə verilirdi.

Bu tac hissələrə bölünür. Onu boyunbağı kimi də istifadə etmək olur.

Bu tac hissələrə bölünür. Onu boyunbağı, sırğa kimi də istifadə etmək olur.

Baden tacı

Şahzadə Viktoriyanın toy şərəfinə Baden hersoqu və hersoginyası bu tacı ona hədiyyə edir. Baden hersoqluğunun vəliəhdi şahzadə Qustavın həyat yoldaşına 1881-ci ildə verilən toy hədiyyəsi boyunbağı kimi istifadə oluna bilər.

Şahzadənin sevimli tacı

Modern Frinc tacı

Karl Qustav kraliça Silviya ilə evliliyin 10-cu ildönümü münasibəti ilə hədiyyəsi olub.

Akvamarin tacı

Şahzadə Viktoriyanın tacı

Valideynlərinin 18 yaşı üçün hədiyyəsi. Şahzadə bu tacı 2007-ci ildən bəri istifadə etmir.

Brilyant qaşlı saç aksessuarı

Şöhrət çələngi

Bu tacı həm də boyunbağı kimi də istifadə etmək mümkündür.

Tac şahzadə Marqaretə1905-ci ildə İsveç kraliçası Sofiyanın hədiyyəsi olub. Marqaretin ölümündən sonra 1920-cı ildə tacı 8 yaşlı IV oğlu Bertilə varis qalır.

Tac şahzadənin şəxsi mülkiyyəti olub və öz memuarlarında qeyd edib ki, Şöhrət Çələngi gələcəkdə Viktoriyaya varis olunur.

4 düyməli tac

6 düyməli tac

Kraliça Silviyanın nişan üzüyü

Vəliəhd Viktoriya

Şahzadə Madlen

Paryura – krallıq ailəsinə mənsub olan zərgərlik dəsti: sırğa, tac, iki bilərzik, sancaq və boyunbağı. Şah əsərin müəllifi zərgərlik dühası Nito (Nitot) Mari-Etyendir. Bu dəstin hazırlanması 1809-cu illərə təsadüf edir. İmperator Napoleon sevimli xanımı üçün özəl olaraq tac və zərgərlik dəsti sifariş verir. Bu dəstin üzərindəki qaşlar o dövrlər çox populyar idi. Kral xəzinəsinin n dəyərli zinət əşyasının hazırlanması üçün qədim və antik daşlardan istifadə olunub. Bu tac gözəl Jozefinaya bağışlanır. Lakin naməlum səbəbdən imperatriçə ondan demək olar ki, istifadə etmirdi.

1807-ci ildə Jozefinanın oğlunun qızı dünyaya gəlir. Qıza nənəsinin şərəfinə Jozefina adını verirlər. Gənc və gözəl Jozefina 1823-ci ildə İsveç şahzadəsi Bernadot Oskara ərə gedir.

Zamanla Bernadot tacına uyğun bilərzik, sancaq, sırğa və boyunbağı sifariş verir.

Şahzadə Marqaret tacı

İsveçin "Akvamarini Kokoshnik" tacı

Leyxtenberin sapfir zərgərik dəsti

İsveçin topaz zərgərlik dəsti

Xəbər lenti

DAHA ÇOX XƏBƏR