• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Siz milyonçunun həyat yoldaşı ola bilərsiniz? - Fotolar

Siz milyonçunun həyat yoldaşı ola bilərsiniz? - Fotolar

Kişinin işgüzar, yaxşı sahibkar, gələcəyin milyoneri olacağını necə müəyyən etmək olar? Bu sual ailə qurmağa hazırlaşan xanımları daha çox düşündürür. Tabloid.az-ın bu icmalında suallarınıza cavab tapacaqsınız.

Sahibkar – bu xüsusi tip kişilərdir. Onlar intellekti, kreativliyi və yumor hissi ilə seçilir. Belə kişilər yaxından tanış olmaq istədiyi xanımla rastlaşanda həmin xanım onun əsas məqsədi olur. Diqqət! Onun hədəfi sizdən istifadə etməkdir. Bunun üçün o, bütün şəxsi keyfiyyətlərini -xarizmasını, cazibəsini, intellektini, yumor hissini, risk etmək bacarığını işə salacaq.

Бизнес и любовь: сможете ли вы быть женой миллионера?

Sahibkar və biznesmen fərqli anlayışlardır. Sahibkar etibarlı kapital yaradan şəxsdir. Biznesmen isə tükənə biləcək resursları xərcləyərək qazanc əldə edir. Biznesmenlər bahalı məkanlar sevir: bahalı restoranlar, kurortlar... Onları geyiminə, əmlakına və maneralarına görə seçmək olur. Sahibkarlar daha çox özlərinə, ehtiyac duyduqlarına diqqət yönəldirlər. O, onu sevən insanlara və var-dövlətə sakit yanaşır, rəqabət aparmır.

Milyonerlər haqqında belə bir deyim var: “Onu mütəmadi olaraq sadə geyimdə və ucuz avtomobildə görmək olar”. Lakin möhtəşəm, şıq ehtirası haqqında saatlarla danışa bilər.

Ananınızın Sizə öyrətdiyi müdrik ailə məsləhətlərinı unudun. “Evdə rahatdır, mən – gözələm, mehriban qızam, dadlı yemək bişirirəm, cinsi həyatımda hər şey qaydasındadır, uşaq dünyaya gətirə bilərəm, sənə daha nə lazımdır ?” - əgər Siz bu fikirdəsinizsə ən yaxşısı düşüncənizi dəyişdirin.

Həyat yoldaşınızın uğur əldə etməsi üçün Siz ona dəstək olmalı, hörmət etməli və tərəfdaş olmalısınız . Bunlar elə belə deyilmiş sözlər deyil. Əgər Siz həqiqətən də kişi ilə olmaq istəyirsinizsə, bu sözlərin hər birini dərk etməli və əməl etməlisiniz.

Sahibkarlar praktik insanlardır. İstənilən uğurlu sahibkar, hətta, o, milyonerdirsə hər zaman büdcəsinə nəzarət edəcək və xərclərini analiz edəcək. O, rahatlıqla bu sulları verə bilər:

Бизнес и любовь: сможете ли вы быть женой миллионера?

“Niyə “Rip Curl” çantası 10 dəfə ucuz olduğu halda “Moschino”dan olan çanta almalıyam? Niyə mən məhz bu çantanı almalıyam ? Və illik alış-veriş üçün öncədən qərarlaşdırılmış məbləğ var. Bundan yuxarısı sənin şəxsi xərclərindir. Məsələn, mənim ailəmdə bu təcrübə 15 ildir ki, çox gözəl işləyir”.

Zaman – qiymətsizdir. Sahibkarlar səhər tezdən oyanır və gec yatırlar. Onların beyni milyonlarla ideyalarla qaynayır, ətraf aləmdə baş verən istənilən hadisəni biznes baxımından analız edirlər. Onlar gün ərzində çoxlu iş görüşlərində iştirak edirlər, iş yazışmaları uzun olur, qida qəbuluna az vaxt ayırırlar. Əgər onların fikrincə, hansısa iş qəlirsizdirsə, rahatlıqla həmin işdən imtina edib, digər sahəyə maraq göstərirlər. Əgər həyatınızı birgə planlaşdırmağı öyrənməsəniz, bu, münasibətinizin əvvəlində problem yarada və bütün romantikanı öldürə bilər.

Sahibkarlar – iş adamlarıdır, onlar problemi həll edir, onu müzakirə etmirlər. Belə kişilərə sizin problemi həll etmək əvəzinə xoşagəlməz hadisə haqqında danışmaq istəyiniz qəribə gələ bilər. Bu yanaşma həm də sevgi söhbətlərinə aiddir. Onun fikrincə, əgər o, hələ də Sizinlədirsə - demək ki, hələ də Sizi sevir!

Uğurlu sahibkarın xanımı özünü təmin ilə sevdiyi kişidən asılılıq arasında incə sərhədi tapmalıdır.

Бизнес и любовь: сможете ли вы быть женой миллионера?

Əgər Siz onun dıqqət mərkəzində olmaq istəyirsinizsə, onun biznesi ilə maraqlanmalı, Sizin fikrinizcə, sonsuz görünən iş görüşlərində, danışıqlarda, yazışmalarda iştirak etməlisiniz. Amma bütün bu “yarışmaların” iştirakçısı olmaq heç də yaxşı şey deyil. Çünki tam müstəqil qadın da onun ürəyincə deyil. Bu halda onun qoruyucu və pul xərcləmək kimi təbii ehtiyacları pozulmuş olur.

Plan və gözləntilərinizdə çevik olun. Artıq başa düşdünüz? Sahibkarların çoxu “istirahət günü”, gecə əyləncəsi” və ya “istirahət” nə olduğunu bilmir. Bal ayında həyat yoldaşınızın işini yarımçıq qoyub gəlməməsindən şok ola bilərsiniz. Romantik səyahət zamanı belə telefon danışıqları və iş yazışmalar Sizi tərk etməyəcək. Əmin olun ki, o, bu səbəbdən əhvalınızın korlanmasını heç cür başa düşməyəcək. Və o, arzuladığı maliyyə uğuruna nail olsa da, təqaüdə getməyəcək. Çünki, sahibkarlıq peşə deyil, həyat tərzidir!

Halsız olanda onu başa düşün və bu zaman onu narahat etməyin. Onun suallara qısa cavab verməsini, fikirlərinin axınını pozduğunuz üçün qıcıqlanmasını başa düşün. Yeri gəlmişkən, sahibkarlıq keçici xəstəlikdir. İstisna deyil ki, bir necə il birgə yasadıqdan sonra Siz də hər hansı bir biznesə başlamaq istəyəcəksiniz. Və ailədaxili anlaşma daha başa düşülən olacaq!

Fikir, xahiş və istəklərinizi qısa və dəqiq formada ifadə etməyi öyrənin. Təsəvvür edin deyirsiniz ki, “Xatırlayırsan, ötən həftə biz gecə əyləncəsində bir oğlanla qarşılaşdıq, o, qırmızı “BMW “sürürdü? Xatırlayırsan, həmin gecədə musiqi sənin ürəyincə deyildi ? Bax həmin oğlanın təriflədiyi həkiminin adı nə idi ? Mən anamla gələn həftə bayramdan sonra o həkimin qəbuluna getmək istəyirəm”.

Bunun əvəzinə: “Əgər vaxtın olsa, xahiş edirəm, dostunun məsləhət gördüyü həkiminin nömrəsini öyrən” demək gərəkdir.

Unutmayın, onun hesabındakı milyonlar əsas deyil. Sahibkarla yaşamaq bahalı maşın sürən cəsur, hər şeylə maraqlanan, narahat sürücü ilə yaşamağa bənzəyir. Maşında getmək əyləncəlidir, yeni kəşflər və macəralarla qarşılaşacaqsınız. Lakin belə insandan planlaşdırılmış iş qrafiki, saat 7-də evdə şam yeməyndə olmağı gözləmək olmaz. Ancaq onun haqqında demək olar ki, o, gözəl ailə başçısıdır. Ailə onun üçün ürəyini qoyduğu, qoruduğu, yaratdığı ən vacib layihədir. Əgər Sizin həyat yoldaşınız deyirsə ki, Siz onun ən yaxşı investisiyasısınız, inanın, bax bu Sevgidir!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR