Ləman Əlizadə: “Elçilər gəlirlər, sadəcə...”
Bizi izləyin

Tabloid.az

Ləman Əlizadə: “Elçilər gəlirlər, sadəcə...”

Müğənnilik fəaliyyətinə yenicə başlayan Ləman Əlizadə bu həftə Tabloid.az-ın “Qarderob” layihəsinin qonağı oldu. Daha doğrusu biz onun qonağı olduq. Belə ki, müğənniliyə yeni başlayan və bu sahədə kifayət qədər iddialı olan Ləman Əlizadə qarderobunu çəkmə

Müğənnilik fəaliyyətinə yenicə başlayan Ləman Əlizadə bu həftə Tabloid.az-ın “Qarderob” layihəsinin qonağı oldu. Daha doğrusu biz onun qonağı olduq. Belə ki, müğənniliyə yeni başlayan və bu sahədə kifayət qədər iddialı olan Ləman Əlizadə qarderobunu çəkməyə razılıq verdi. Qarderobunda həddindən çox geyim olduğu üçün onun ancaq bir hissəsini oxucularla tanış edəcəyik.

Qarderobunu çəkəndə heç təəccüblənmədik. Çünki Ləman Əlizadə də bütün qızlar kimi ayaqqabı xəstəsidir. Bir-birindən rəngarəng və parıltılı dikdaban ayaqqabıları var idi. Yastıdaban ayaqqabılar isə demək olar ki, yox idi. Ləmanın digər ehtirası isə çantalardır. Ayaqqabılarla çantaların bir-birinə uyğun olmasına xüsusi qayğı ilə yanaşır.

- Model kimi özünü insanlara sevdirə və tanıda bildin . Bəs ifaçı kimi məşhurlaşa biləcəksən? Səncə sənin səsini bəyənəcəklər?

- Bir model kimi özümü təsdiqləyə bildim. Ünvanıma xoş sözlər eşitdim. Peşəkar model kimi özümü kifayət qədər göstərə bildim. Məncə, müğənnilik fəaliyyətim də modellik kimi uğurlu alınacaq. Məni sevəcəklər.

- Müğənnilərlə münasibətin necədir? Onlar sənin ifaçılıq tərzinə nə deyirlər? İfanı bəyənirlər?

- Mən oxumağı xoşlayıram. Ailədə də səsimi çox bəyənirlər. Məni müğənniliyə də onlar həvəsləndiriblər. Nəhayət ki, həm onların, həm də öz arzularımı gerçəkləşdirə bildim. Bir neçə müğənni var ki, mahnısını bəyəndiyim üçün mən də oxuyuram. Vallah, məndə onlardan daha gözəl alınır. Hətta bir neçəsi mənə dəstək olub, “Afərin” deyiblər. Onlar istəsələr də, istəməsələr də, mən ifaçılıq fəaliyyətimə başlamışam və özümü sevdirməyi bacarıram.

- Klip çəkdirmək fikrin var?

- Bu yaxınlarda Gürcüstana klip çəkdirməyə yollanacağam.

- Niyə klipi Gürcüstanda çəkdirmək qərarına gəldin? Yerli rejissor çəkəcək ya gürcü?

- Gürcüstanda klip çəkdirmək təklifi mənə gəlib, yəni öz qərarım deyil. Yerli rejissorlardan biri Gürcüstanda çəkəcək.

- Modelliklə bağlı bütün təklifləri rədd etmisən? Yəni yaxşı bir təklif gəlsə, çəkilməyəcəksən?

- Modelliklə bağlı ürəyimcə olmayan təkliflərdən imtina edirəm. Çünki həm vaxtım yoxdur, həm də istək. Amma hansısa yaxşı reklama dəvət alsam, qəbul edərəm. Bir reklam dəvətini artıq qəbul etmişəm.

- Şəxsi həyatında nə yeniliklər var? Bu cür gözəl qızın elçiləri də çox olar?

- Məşhurluğun zirvəsinə qalxsam da, şəxsi həyatımı gündəmə gətirən deyiləm. Sözsüz ki, elçilər gəlirlər, sadəcə hələ bu barədə fikirləşmirəm. Müğənnilik fəaliyyətinə başlamazdan əvvəl iki yol arasında qalmışdım. Bunlardan biri evlilik təklifi, digəri isə müğənnilik fəaliyyətimlə bağlı idi. Mən müğənnilik karyerasını seçdim. Çünki nə zaman istəsəm, ailə həyatı qura bilərəm.

- Bəs sevdiyin insan var?

- Xeyr, sevdiyim insan yoxdur. Karyeramla məşğulam.

- Ləman, sənə yəqin ki, gözəlliyinlə bağlı xoş sözlər deyilir. Bu vaxta qədər eşitdiyin ən gözəl kompliment hansı olub?

- Təvazökarlıqdan uzaq olsa da, mən tez-tez bir-birindən gözəl komplimentlər eşidirəm. Amma bu yaxınlarda Azərbaycanın çox tanınmış bir siması məni “Ağ yelkənlər” nağılında olan Assola çox bənzədiyimi söylədi. Hətta ondan da gözəl, təmiz, saf qəlbli olduğumu vurğuladı. Bu sözlər çox xoşuma gəldi. İndi mən də “Ağ yelkənli” gəmimi gözləyirəm.

- İfaçılıqla bağlı müsabiqələrdə iştirak etmək fikrin yoxdur ki?

- Dəvət alsam, iştirak edə bilərəm, özümə çox güvənirəm.

- Toylara dəvət alırsan? Səncə toylarda oxumaqla karyeranı gücləndirə və müğənni kimi məşhurlaşa biləcəksən?

- Əslində, toylarda iştirak etmək xalq arasında olmaq deməkdir. Bu, karyeran üçün bir tramplindir. Məni bəyəndikləri üçün toylarına dəvət etmələrinə çox sevinirəm və fəxr edirəm.

- Fala inanırsan?

- Hələ uşaq olarkən İspaniyada yaşayanda bir qaraçı əlimin içinə baxıb gələcəkdə parlayacağımı söyləmişdi. Fala inanan insan deyiləm, amma bu sözlər çin oldu.

- İndi müğənnilərin çoxunun məşhur olması üçün sponsorları var. Bəs sən bu sənətdə addımlamaq üçün bütün xərclərini özün ödəyirsən? Yoxsa sənin də sponsorun var?

- Mənim nə modellik, nə də müğənnilikdə heç bir sponsorum yoxdur. Mənim sponsorum ailəmdir.

- Alış-verişə çıxarkən ən çox nəyə baxırsan, nə alırsan?

- Alış-verişə çıxanda gözüm ən çox ayaqqabı axtarır.

- Hansı ətirlərdən istifadə edirsən?

- “Sisley”, “Jean Paul Gaultter”, “Stella McCartney”-in “Two Peony” ətirlərini çox bəyənirəm.

Fotoların müəllifi Elçin Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm