Qışda dodaqların qurumasının qarşısını alan təbii üsullar
Bizi izləyin

Tabloid.az

Qışda dodaqların qurumasının qarşısını alan təbii üsullar

Qışda dodaqların qurumasının və çatlamasının qarşısını alan təbii üsullar

Soyuq havalarda dodaqlar tez-tez çatlayır. Dodaq çatlarını və yaraları sağaltmaq üçün pomada çəkirik. Lakin dodaq boyalarının tərkibində rəng verən kimyəvi maddələr olduğu üçün hər zaman kömək etmir. Kremlərin təsiri isə uzunmüddətli olmur. Bəs dodaq çatlarını təbii yollarla necə aradan qaldırmaq olar?

Tabloid.az dodaqların qışda quruyub çatlamasının qarşısını alan üsulları təqdim edir:

İlk növbədə çoxlu su için. Çünki bədən susuz qaldığı zaman təkcə dodaqlarda deyil, bütün bədəndə quruluq müşahidə olunur. Bədən susuz qaldığı zaman dəri daha tez yaşlanır və qırışlar əməl gəlir. Bu, dodaqlara da aiddir.

Hindqozu yağından istifadə edin. Bu yağ qurumuş və çatlamış dodaqlar üçün təbii möcüzədir. Xüsusilə, quru və soyuq günlərdə hindqozu yağını bir neçə dəfə dodaqlarınıza vursanız, yumşalacaq.

Qabığı soyulmuş bir dilim təzə xiyarı dodağınıza sürtsəniz, effektini görəcəksiniz. Bunu 3 gün ərzində təkrarlayın.

Zeytun yağı dodaqları yumşaldır. Dodaqlarda quruluğu aradan qaldırmaq üçün kimyəvi tərkibli maddələrdən istifadə etmək əvəzinə, zeytun yağını seçin. Gecə yatmazdan əvvəl zeytun yağı çəksəniz, dodaqlardakı quruluğu aradan qaldıra bilərsiniz.

Dodaqlarınız tez-tez çatlayırsa, bol yerkökü, mandarin və limon yeməlisiniz. Bundan başqa, dəmlənmiş adaçayı və qoz yarpaqları ilə də dodaqlarınıza kompres edə bilərsiniz.

Dodaqlarınıza bal sürtün. Daha sonra vazelin çəkin. 15 dəqiqə ərzində dodaqlarınızı sabit saxlayaraq gözləyin. İlıq sudan istifadə edərək barmaqlarınızın ucu ilə təmizləyin və bunu 2-3 gün ərzində müntəzəm olaraq edin.

Şiddətli soyuqlarda isə bu üsullara əməl edin:

Krem vurduqdan sonra dodaq kremini yeməyin, B və C vitamini ilə zəngin yeməklər yeyin.

Dodaq boyası çəkməzdən əvvəl dodaq kremi və ya nəmləndirici krem vurun.

Təbii qırmızı dodaqlara sahib olmaq istəyirsinizsə, gecə yatarkən dodaqlarınıza çuğundur suyu çəkin.

Nanə tərkibli dodaq qoruyucusu vurub, dodaqlarınızı diş fırçası ilə fırçalayın. Ancaq unutmayın ki, dodaq dərimiz çox həssasdır. Ona görə də fırçanı sərt sürtməyin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm