Firəngiz Mütəllimova Türkiyəyə müayinəyə gedir
Bizi izləyin

Tabloid.az

Firəngiz Mütəllimova Türkiyəyə müayinəyə gedir

Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Firəngiz Mütəllimova səhhəti ilə əlaqədar Türkiyəyə yollanacaq.

Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Firəngiz Mütəllimova səhhəti ilə əlaqədar Türkiyəyə yollanacaq.

Bu haqda Tabloid.az-a danışan aktrisa bildirib ki, 2013-cü ildə keçirdiyi beyin əməliyyatından sonra fevralda təkrar müayinə üçün qonşu ölkəyə yollanacaq:

“Şükür Allaha, səhhətimdə vəziyyət yaxşıdır. Hazırda özümü yaxşı hiss edirəm. Fevral ayında yenidən Türkiyəyə müayinə üçün gedəcəyəm. Hər 6 aydan bir yoxlanmaq lazımdır. Mənə elə gəlir ki, bu sonuncu müayinə olacaq. Bundan sonra qorxulu bir şey yoxdur”.

Xatırladaq ki, Firəngiz Mütəllimovanın beynində olan şiş anadangəlmədir. Tibdə beyin kavernoması adlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm