İlhamə Qasımova: “Azərbaycanlı kişilərin bəxti gətirib ki...”
Bizi izləyin

Tabloid.az

İlhamə Qasımova: “Azərbaycanlı kişilərin bəxti gətirib ki...”

Müasir Azərbaycan estradasının ən güclü səs diapazonuna malik müğənnilərindən biri İlhamə Qasımova tabloid.az-a eksklüziv müsahibə verib.

Müasir Azərbaycan estradasının ən güclü səs diapazonuna malik müğənnilərindən biri İlhamə Qasımova tabloid.az-a eksklüziv müsahibə verib.

- Boyunuz hündür olsa da hündürdaban ayaqqabılardan istifadə edirsiniz...

- Bəli, bunu mənə hamı deyir. Hətta şikayətlənirlər ki, boyun hündürdür və dikdaban geyinirsən. Müsabiqə vaxtı isə reaksiyalara görə dikdaban ayaqqabılardan uzaq qaçırdım. Lakin sonradan fikirləşdim ki, kiminsə boyu balacadırsa bu, mənim problemim deyil.

- Nə əcəb başqalarının fikirlərinə əhəmiyyət vermirsiniz?

- Ümumiyyətlə, dikdaban ayaqqabı insanın geyiminin, bədən quruluşunun daha gözəl görünməsinə kömək edir. Mən səhnəyə çıxıram. Deməli gözəl görünməliyəm. Almaniyada olduğum ərəfədə rəqs hərəkətlərini öyrənərkən məcbur edirdilər ki, dikdaban ayaqqabılarda məşq edim. Ayaqlarımdan qan axırdı, amma yenə də həmin ayaqqabılarda rəqs edirdim. Mənə deyirdilər ki, bu, tamaşaçını maraqlandırmır. Sən səhnədə gözəl görünməli və həmin ayaqqabılarda elə rəqs etməlisən ki, sanki ayağında heç nə yoxdur.

- İlhamə, daha çox idman üslubuna yaxın geyinirsiniz. Bu nə ilə əlaqədardır ?

- Belə geyim mənim təbiətimə uyğundur. Hərdən klassik, gözəl deyimlər üçün darıxıram. Bilirsiniz bu, həm də insanın ölçüləri də bağlıdır. Mən hazırda bir az kilo almışam və geyimimə nəzarət etməliyəm. Məsələn, istəsəm də qolsuz paltar geyinə bilmərəm. Güzgüdə baxıb özümün əskiklərini görə bilirəm. Məhz bu səbəbdən özüm özümə məhdudiyyətlər qoyuram.

- Kökəlməyinizə səbəb nə oldu?

- Kökəlməyə səbəb tənbəllik və az hərəkət etməkdir. Bu passivliyim yaydan necə başlayıbsa bu günə kimi davam edir. Xarıcdə olanda anladım ki, məni formada saxlayan gün ərzində ora-bura qaçmaqdır.

- İdmanla niyə məşğul olmursunuz?

- İdman zalına getməyə tənbəllik edirəm və idman etmək mənə çox darıxdırıcı gəlir. Əgər Azərbaycanda da qızların idman klubları olsaydı, ora yazılıb birlikdə voleybol oynayardım. Bu baxımdan kişilərin bəxti gətirib ki, klubları icarəyə götürüb futbol oynaya bilirlər.

- Yaradıcılığınızda nə kimi yeniliklər var?

- Ukraynadan bir mahnı təklif olunub. “Bizim yol” adlanan mahnının müəllifləri ukraynalılardır. Hazır olan kimi orada radiolarda rotasiyaya buraxılacaq.

2012-ci ildə mənim kliplərim Ukrayna kanallarında çox nümayiş olunub. Oradan görüb bəyəniblər. Mən mahnının sözlərini ana dilimdə oxumaq istəsəm də, onlar tərəfindən təklif olunduğu üçün sözləri rus dilində qaldı.

Azərbaycan dilində olan mahnımın musiqisi Pərviz Mahmudova aiddir. Hələ üçüncü mahnım da olacaq, Hatəm Nəbioğluna məxsus “Qırmızı xalı” adlanır. Bu mahnı dinləyicilər tərəfindən çox seviləcək. Mahnının mövzusu sevgidir.

- Ana olmaq haqqında nə deyə bilərsiniz?

- Çox istəyirəm. Amma nə etmək olar Allahın yazısıdır. Yaşım da gedir, davamlı müalicə alıram. Amma övladım olmur. Bir şeyi anlamıram ki, həkimlər deyirlər ki, sağlamsan... Hansı ölkəyə getmişəmsə orada həkimin müayinəsində olmuşam. Hamısı da bir sözü deyir. Sağlamsan.

- İlhamə, övladlığa uşaq götürmək istəmirsiniz?

- Əgər ümidim tamamilə kəsilsə ki, öz övladım olmayacaq uşaq götürüb saxlayacağam. Hələ ki, sağlam olduğumu deyirlər. Ümidim üzülməyib. Hər bir ailəyə övlad gərəkdir. Yoldaşım onsuz mənimlədir. Amma nə qədər ömür sürəcəyimi bilmirəm. Bir yandan da fikirləşirəm ki, gec olan övlad daha şirin olar. Mən qocalanda mənə əl tutacaq (gülür).

- Gəlin pessimist söhbətlərə son qoyaq. Avtomobilinizdən danışaq. Neçə ildir eyni maşını idarə edirsiniz?

- 4 ildir eyni maşını idarə edirəm. Buna baxmayaraq, cəmi 50 min km yol gedib. Bu maşının açılışı üçün 100 min km yol getmək gərəkdir. Hələ mənə gülürlər ki, 4 ildir sən cəmi 50 min km yol sürmüsən. Mən öz avtomobilimi çox sevirəm. Dəyişməyə imkanım var. Bir dəfə söhbət düşəndə ağlamaq istədim. Mən onsuz yaşaya bilmərəm. Mən xasiyyətcə də beləyəm. Əgər bir şeyə öyrəşdimsə, ondan ayrıla bilmirəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm