Pendirli, ətli şorba - Resept
Bizi izləyin

Tabloid.az

Pendirli, ətli şorba - Resept

Tabloid.az dadlı, zərif və çox doyumlu şorbanın reseptini təqdim edir:

Tabloid.az dadlı, zərif və çox doyumlu şorbanın reseptini təqdim edir:

İnqrediyentlər 3-3,5 litrlik qazan üçün nəzərdə tutulub:

400-500 qram mal ətindən qiymə

1 yumurta

2 soğan

1 kök

3 paket ərinmiş pendir, hər biri 100 qram

5-6 orta kartofu

Duz, ədviyyat

Dəfnə yarpağı, göyərti

Bitki yağı

Hazırlanması:

1.Soğanı kubik şəklində doğrayın, yağda qızılı rəng alana qədər qızardın.

2.Farşa duz, istiot, yumurta, qızarmış soğanın yarısını əlavə edib qarışdırın. Kiçik kiftəciklər düzəldin.

3. Üç ədəd kökü sürtgəcdən keçirin, bitki yağında qızardın.

4. Su tökülmüş qazana qızardılmış soğanı, yerkökünü, düzu töküb qaynadın.

5.Şorbaya hazır kiftələri tökün. Kartofu təmizləyin və kubik şəklində doğrayın.

6.Beş-yeddi dəqiqədən sonra kartofu, dəfnə yarpağını, ədviyyatları şorbaya tökün.

7.Pendiri kiçik hissələrə ayırın. Kartof bişəndə onu şorbaya əlavə edə bilərsiniz. Yaxşı qarışdırın ki, tamamilə ərisin.

8. Üç dəqiqədən sonra göyərtini tökün. Şorba hazırdır.

Nuş olsun!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm