Tünzalə Ağayevanın arzusu Amerikada çin oldu
Bizi izləyin

Tabloid.az

Tünzalə Ağayevanın arzusu Amerikada çin oldu

Fərqli ifa tərzi ilə seçilən əməkdar artist, bəstəkar Tünzalə Ağayeva bir neçə həftədir ki, Amerikadadır.

Fərqli ifa tərzi ilə seçilən əməkdar artist, bəstəkar Tünzalə Ağayeva bir neçə həftədir ki, Amerikadadır. Müğənninin Amerika Birləşmiş Ştatlarına səfərinin məqsədi orada təşkil olunan konsertdə çıxış etməsidir. Səfər çərçivəsində Tünzalə Ağayeva Vaşinqtonda və Nyu-Yorkda da olub. Bütün işlərində ona yardımçı olan prodüseri Yalçın Cabbarov da müğənni ilə birlikdə olub.

Hər dəfə yerli mediaya çıxışında Stiv Uanderə olan sevgisini və ən böyük arzusunun məhz onun konsertində olmasını açıqlayan Tünzalə Ağayeva bu arzusunu da gerçəklədirib. Müğənni “Verizion Center”-də baş tutan konsert haqqında sosial şəbəkədə bunları yazıb:

“Arzum yerinə yetdi. Rəbbimizə sonsuz şükürlər olsun. Əslində bir neçə dəqiqə inanmadım ki, bu həqiqətən baş verir”.

Tabloid.az əməkdar artistin Amerika səfərində fotoları oxuculara təqdim edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm