Heyran olduğunuz ulduzların bu qədər qısaboylu olduğunu bilirdiniz? – Fotolar
Bizi izləyin

Tabloid.az

Heyran olduğunuz ulduzların bu qədər qısaboylu olduğunu bilirdiniz? – Fotolar

Tanıdığınız və heyran olduğunuz bir-birindən məşhur ulduzlar səhnədə və televiziyada “div"ləşirlər. Ancaq onları real həyatda görsəniz, tanımaqda çətinlik çəkə bilərsiniz. Çünki bir çoxunun boyu həddən artıq qısadır

Tanıdığınız və heyran olduğunuz bir-birindən məşhur ulduzlar səhnədə və televiziyada “divləşirlər". Ancaq onları real həyatda görsəniz, tanımaqda çətinlik çəkərsiniz. Çünki bir çoxunun boyu həddən artıq qısadır.

Tabloid.az ən qısa boylu məşhurların kimlər olduqlarını araşdırıb:

Heyden Panetterin boyu 1.55 santimetrdir. Nişanlısı Vladimir Kliçkonun boyu isə 1.98 sm-dır.

Anna Kendrikin boyu olduqca qısadır - 1.57 sm

Vanessa Hacensin boyu 1. 55 sm-dir.

Yəqin ki, Şer Lloydun boyunun 1.57 sm olduğunu bilmirdiniz.

Hilari Daffın boyu 1.55 sm-dir.

Şakira dünyanın ən seksual qadınlarından biri hesab olunur, ancaq onun boyu 1.50 sm-dir. Şakira 1.92 sm boyu olan həyat yoldaşı Cerard Pikenin yanında lap qısaboylu görünür.

Salma Hayekin boyu da qısadır - 1.57 sm.

Kelli Klarksonun 1.60 sm boyu olsa da, olduqca cazibədar xanımdır.

Məşhur aktyor Set Qrinin boyu 1.60 sm-dir. Təcrübəli aktyorun həyat yoldaşı özündən daha uzundur.

Həyat yoldaşından daha qısa olan məşhurlardan biri də Ceymi Kalllumdur. Boyu 1.63 sm olan Ceymi 1.80 sm boyu olan həyat yoldaşı Sofi Dahlın yanında belə görünür.

Hollivudun ən yaxşı aktyorlarından biri olan Hoffmanın da boyu olduqca qısadır. Onun boyu 1.67 sm-dır.

Bruno Marsın boyunun 1.65 sm olması fanatlarını təəccübləndirir. Müğənni mükafat mərasimlərindən birində hündürdaban ayaqqabı geyinmiş və boyu 1.78 sm olan Teylor Sviftin yanında çox qısa görünüb.

Coş Hatçerson da qısa boylu məşhurlardandır. 1.70 sm boyu olan Coş qırmızı xalıda hündürdaban ayaqqabı geyinən Cennifer Laurens ilə boyu 1.91 sm olan Liam Hemsvortun yanında belə görünmüşdü.

Xarizmatik aktyor Robert Dauni də ekranda göründüyü qədər hündür deyil. Onun boyu 1.74 sm-dır.

Mark Uolberq əzələləri ilə xanımları valeh edir. Ancaq boyu 1. 73 sm-dir.

“Üzüklərin hökmdarı” adlı məşhur filmin ulduzu Deniel Redklifin boyu da qısadır - 1.65 sm.

Snuki dünya şou-biznes aləminin ən qısa boylu məşhurudur. Onun boyu 1.42 sm-dır.

Cazibədarlığı ilə göz qamaşdıran Riz Uizerspunun boyunun 1. 56 sm olduğu heç kimin ağlına gəlməzdi.

Seksuallığı, açıq-saçıq geyimləri ilə daim gündəmdə olan Kim Kardaşyanın da boyu qısadır. Onun boyu 1.52 sm, bacısı Kortni Kardaşyanın boyu isə 1.77 sm-dir.

Ellen Peycin boyu 1.55 sm-dır.

Macəra filmlərinin ulduz aktyoru, yaraşıqlılığı il dünya qadınlarının bir çoxunun xəyallarını bəzəyən Tom Kruzun boyunun 1.72 sm olması ağlınıza gələrdi?

Meri və Keyt Eşli əkiz bacıların boyu 1.57 sm-dir. Qəribədir ki, onların kiçik bacıları Elizabetin boyu 1.70 santimetrdir.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm