“Kişilərimiz baldır əzələlərini nümayiş etdirirlər” - Fotolar
Bizi izləyin

Tabloid.az

“Kişilərimiz baldır əzələlərini nümayiş etdirirlər” - Fotolar

Beş ildir Türkiyədə model olaraq çalışan və hazırda Azərbaycana gəlib model agentliyi açmaq istəyən Könül Əzizova azərbaycanlı kişilərin geyim tərzindən narazıdır. Model bu haqda fikirlərini tabloid.az-a danışdı:

“Tıxaca görə metroya minməli oldum Bakıda. Bir oğlan gördüm ki, dizinə qədər çox dar şalvar geyinib. Başımı çevirdim ki, əksər azərbaycanlı kişilər elə şalvarlar geyinirlər. Bu nə biabırçılıqdır ? Qızlara “vedrə” bağlamağı bilirlər. Modellər, manikenlər haqqında nələr danışırlar. Amma özlərinə baxmırlar. Qızlarımız oğlanlardan abırlı deyinir. Türkiyə kimi yerdə bu görünüşdə geyinən kişi görməmişəm mən. O dar şalvarlar qadın ayağı üçün yaranıb. Gözəl görünmək üçündür. O kişiyə yaraşan şalvar deyil axı. Baldır əzələlərini nümayiş etdirirlər. Türkiyədə kişi müğənnilərin səhnədə geyindiyi geyimləri bizim kişilərimiz gündəlik həyatda geyinirlər. Biabırçılıqdır! Orta yaşlı xanımlarımız da çox pis geyinir. Baxırsan ki, 150 kq çəkisi var, amma qısa ətək geyinir, hələ üstəlik yarığı da var. Nazik kapronda əynində... Ayıbdır axı! Qurban olum Allaha, sən belə yaranmısan. Onu ört, abırlı ol. Çox gözəl də görünərsən. Kök olanda nə olar? Gərək eybəcərliyini çölə qoyasan?!”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm