• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Böyrək daşlarını əridən şəfalı bitkilər

Böyrək daşlarını əridən şəfalı bitkilər

Dünyada hər 10 nəfərdən biri həyatının bir dövründə böyrək daşı, ya da böyrək qumu problemi ilə üzləşir və bu xəstələrin əksəriyyəti kişilər olurlar. Böyrəklərdən daş tökülən zamanı çox şiddətli ağrılar baş verir. Ağrıların şiddətli olması səbəbindən hər il milyardlarla dollar həkim müayinələrinə, dərmanlara və böyrək daşı əməliyyatlarına sərf olunur. Həkim nəzarətində tətbiq olunacaq peşəkar müalicə üsulları mövcuddur. Ancaq daş və qum tökməni sürətləndirəcək, ağrıları qısa müddətdə azaldacaq bəzi təbii və bitki müalicə üsulları da böyrək daşlarının müalicəsində uzun illərdir istifadə edilir.

Böyrəklər ümumi sağlamlığımızın qorunması baxımından diqqət edilməsi lazım olan mühüm orqanlardan biridir. Böyrəklərin sağlamlığının bu qədər təsirli olmasının əsas səbəbi orqanizmin filtri olmasındadır. Böyrək daşlarının 90 faizə yaxını orqanizmdən təbii yollarla atılır. Böyrək daşının bədəndən daha asan atılmasını təmin etmək və prosesi sürətləndirmək üçün bəzi şəfalı bitkilərin yardımından istifadə edə bilərsiniz.

Böyrəklər düzgün işləməzsə və lazım olan toksinləri süzmə qabiliyyəti azalarsa, toksinlər qana qarışaraq çox ciddi sağlamlıq problemlərinə yol açar. Böyrəklər öz funksiyasını icra etməzsə, sadəcə, toksinlər deyil, duz və tullantı maddələrin atılması da imkansız hala gəlir. Gündəlik həyatımızda müxtəlif cihazlarda istifadə etdiyimiz filtrlərin olduğu kimi bədən filtri olan böyrəklərin də vaxtaşırı təmizlənməsi lazımdır. Böyrəklərdə yığılan toksinlər, tullantı maddələri və duzu çox olan mineralları təmizləmək üçün böyrəklərin qayğısına qalan şəfalı bitkilərdən istifadə etmək lazımdır. Tabloid.az böyrəklər üçün şəfalı bitkiləri siyahısını və təbii müalicə üsulları ilə bağlı məlumatları təqdim edir:

Qırx açar otu: Böyrəklərdə toplanan toksinlərin atılması üçün ən çox istifadə edilən bitkilərdən biri qırx açar otudur. Tərkibindəki yüksək silisium böyrəklərdə yaranan zədəli toxumanın yenilənməsinə yardımçı olur. Sidik yollarında baş verən problemlərə yaxşı təsir edir və sidikqovucu kimi istifadə edildiyi məlumdur. Sidikqovucu xüsusiyyəti toksinlərin sistemdən sidik yolu atılmasını sürətləndirir.

Qaragilə: Qaragilə sidik kisəsi infeksiyaları və sidik yolu infeksiyaları üçün ən yaxşı şəfalı bitkilərdən biridir. Tərkibində olan hidrokinon və arbutin qaragiləni güclü antibakteriya halına gətirir. Bir çox sidik yolu infeksiyaları qaragilənin bu xüsusiyyəti sayəsində müalicə edilir. Həmçinin tannik turşusu böyrək iltihabının yayılmasına mane olur.

Sürünən ayrıqotu: Sürünən ayrıqotu ən yaxşı sidik dərmanıdır. Sürünən ayrıqotu sidik miqdarını artıraraq sidiklə birlikdə toksinlərin atılmasını asanlaşdırır. Sidik yolu infeksiyalarında da çətin sidik atımını asanlaşdırır və yanmanı azaldır. Sürünən ayrıqotu böyrəkləri təmizləmək, sidik yolu infeksiyaları, prostat, böyrək iltihabı, sistit kimi xəstəliklərin müalicəsində istifadə edilir.

Gicitkən: Böyrək üçün şəfalı bitkilər siyahısında önəmli yerə sahib olan dalayıcı ot və gicitkən tullantıların və toksinlərin orqanizmdən atılmasında və böyrəklərin təmizlənməsində istifadə edilir. Eyni zamanda, olduqca bəsləyici olan gicitkən A, B2, C və E vitaminləri baxımından da çox zəngindir. Tərkibində orqanizm üçün lazım olan minerallar, dəmir, kalium və kalsium var.

Cəfəri: Gündəlik qidalanmada tez-tez istifadə etdiyimiz cəfəri böyrəklər üçün olduqca faydalıdır. Böyrəklərin işləməsini və toksinlərin atılmasını sürətləndirir. Eyni zamanda, böyrək daşlarının yaranmasını və böyrəklərdə şiş əmələ gəlməsinin qarşısını alır.

Böyrək problemləri yaşamazdan əvvəl böyrəklər üçün şəfalı bitkilər istifadə edərək tədbir ala bilərsiniz. Böyrəklərin və sidik yollarının daha sağlam olması üçün yuxarıda sadaladığımız şəfalı bitkilərdən başqa, zəncəfil, təbii albalı konsentrasiyası, ardıc kimi bitkilərdən də istifadə edə bilərsiniz. Bu şəfalı bitkilər böyrəklərdə iltihabı azaltmaq, sidik yolu infeksiyalarını müalicə etmək, toksinlərin atılmasını sürətləndirmək, böyrək daşı və qumunu azaltmaq üçün mükəmməl vasitələrdir.

Orqanizmin filtri olan böyrəklərdə baş verəcək hər hansı bir problem ciddiyə alınmalıdır. Bu problemlər bütün bədən sağlamlığına pis istiqamətdə təsir göstərə bilər. Böyrəklərinizdə ağrı varsa, sidiyə çıxarkən yanma yaşayırsınızsa, həkim nəzarətindən keçməli və peşəkar müalicə olunmasılınız.

Böyrək daşlarını digər təbii müalicə üsulları

Su: Böyrək daşı üçün su içməyinizin təklif edilməsi inanılmaz kimi görünsə də, su böyrəklərin sağlam işləməsi üçün lazım olan əsas mineraldır. Böyrəklərin qısa müddətdə təmizlənməsi üçün onları su ilə fəaliyyətə gətirməyiniz lazımdır. Su ilə müalicəyə gündə ən az 15 stəkan su içərək başlaya bilərsiniz. Butulka sularda daha az çöküntülər olduğu üçün onlardan istifadə etmək tövsiyə olunur.

Sitrik turşusu: Təbii turşu növü olan sitrik turşusu orqanizmdə olan böyrək daşı kimi sərt proseslərin həll edilməsinə yardımçı olur. Limon sitrik turşu baxımından güclü məhsul olduğu üçün böyrək daşı müalicəsi zamanı bol miqdarda istehlak edilməlidir. Sadə limon suyu bəzi xəstələrdə mədə yanmasına yol aça biləcəyi üçün su ilə qarışdıraraq içilə bilər.

Sitratlar: Sitratlar sidik turşu tarazlığının qorunmasında və böyrək daşının əmələ gəlməsinə yol açan kalsium duzlarının azalmasında vacib amildir. Sitrat baxımından zəngin olan kök, üzüm, portağal və tərəvəzlərin təzə sıxılmış sularını içib böyrək daşının əmələ gəlməsini əngəlləyə bilərsiniz.

Lifli qidalar: Lifli qidalar yeyərək həzm sisteminizi daha sürətli işlədə bilərsiniz. Bunun sayəsində antioksidantların bədəndən daha asan çıxmasını təmin edə bilərsiniz. Mövsümə uyğun olan təzə meyvə və tərəvəzlər lif baxımından çox zəngindir.

Yazımızın əvvəlində də qeyd etdiyimiz kimi, böyrək daşları əsasən heç bir müdaxiləyə ehtiyac olmadan orqanizmdən atılır. Bu proses zamanı baş verən şiddətli ağrılardan xilas olmaq üçün həkim tövsiyəsi ilə ağrıkəsici istifadə edilə bilər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR