• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Təbii və sadə makiyajla bağlı ipucları - Fotolar

Təbii və sadə makiyajla bağlı ipucları - Fotolar

Makiyaj edən zaman dərinin mükəmməl görünməsi üçün tabloid.az-ın gözəllik bölməsinin təqdim etdiyi tövsiyələrə əməl edin.

1. Səhərlər üzümün şişini necə azalda bilərəm?

Üzə nəmləndirici çəkərkən 3-4 dəqiqə masaj edin. Xüsusilə göz ətrafını masaj edərək sifətdəki şişi azatmaq mümkündür.

2. Mükəmməl tonal kremi tapmaq üçün ən yaxşı üsul nədir?

Tonal kremin dəri ilə uyğunluğunu əldə sınamaq yerinə, çənədə sınaqdan keçirin. Çünki əl dərisi üzə nisbətən daha tünddür. Rəngin uyğun olduğunu anlamağın yolu isə sürtdükdən sonra rəngin yox olduğunu görməkdir.

3. Qüsursuz dəri rəngini makiyajla necə əldə edə bilərəm?

Bu nöqtədə əhəmiyyətli olan məqam dərini makiyaja hazırlamaq və sağlam saxlamaqdır. Nəmləndirici sürtdükdən sonra dəriyə aydınlaşdırıcı krem çəkin. Rəng pozulmasının olduğu yerlərə yağsız su tərkibli tonal kremlə kiçik toxunuşlar halında tətbiq edərək paylayın. Göz altlarına, dodaq və burun kənarlarına korrektor çəkin. Son olaraq toz kirşanı sürtərək mükəmməl dəri rənginə qovuşa bilərsiniz.

4. Dəri rənginə uyğun korrektoru necə tapa bilərəm?

Əsas qaydaları təqib et: Yaşıl alt tonlu bir bağlayıcı (korrektor) dəridəki qırmızılıqları yox etməyə, mavi alt tona malik olanlar açıq dərini tamamlamağa, sarı rəngli olanlar isə tünd dərilərin qüsurlarını örtmək üçün çox faydalıdır. Çəhrayı alt tonlu korrektorlar da qışla birlikdə tutqunlaşan və solğunlaşmağa başlayan dəri rəngini işıqlandırmaq üçün çox idealdır.

5. Təbii makiyajı üçün hansı məhsullar idealdır?

Üzərində "tint" sözü yazılan məhsullar dərini parıldadır, "illuminating" yazılanlar da tərkibində işığı əks etdirən hissəciklər daşıdığı üçün dəriyə təbii parlaqlıq verir. Bu iki məhsul rütubətli və təravətli görünüş əldə etməyinizi təmin edəcəkdir.

Sadə və zərif ofis makiyajı üçün məsləhətlər

  • Ağır makiyajdan çəkinmək, amma eyni zamanda da ofis zərifliyinə yaraşan stil əldə etmək üçün BB kremi dairəvi hərəkətlərlə üzünüzə yayın. Yanaqlarınıza şaftalı və çəhrayı arası tonlarda ənlik sürtərək üzünüzə rəng qatın.
  • Ofis makiyajının daimiliyi artırmaq üçün ilk olaraq göz qapaqlarına parladıcı tətbiq edin. Sonra qəhvəyi göz kölgəsini əyri uclu layner fırçası ilə üst və alt kirpik diblərinə sürtün. Bu sayədə ağır görünüş nümayiş etdirmədən baxışlarınızı vurğulaya bilərsiniz. Qəhvəyi bir tuşla göz makiyajını tamamlaya bilərsiniz.
  • Qaşlarınızla eyni tonda qaş kölgəsini əyri uclu fırça köməyi ilə rəngləyərək üzünüzün ifadəsini daha cazibəli hala gətirin.
  • Dodaqlarınıza nəmləndirici xüsusiyyətli və yüngül rəng verən lipstick (belsk) tətbiq edin. Beləliklə, pomadanı təzələmə dərdiniz olmadığı üçün baxımlı dodaqlarla hamını özünüzə heyran qoymaq elə də çətin olmayacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR