İdeal payız obrazları - Fotolar
Bizi izləyin

Tabloid.az

İdeal payız obrazları - Fotolar

Payız üçün ideal geyim stilləri - Fotolar

Qışda damalı paltar geyinməyin bir çox fantastik yolu var. Xüsusən də damalı köynək kombinləri bu il çox populyardır. Tabloid.az modapərəst xanımlar üçün damalı geyim dəbinə aid ecazkar stil təklifləri hazırlayıb. İstər belinizdə, istərsə də pencəyinizin altında dama-dama köynəyinizi bir aksessuar kimi çiyinlərinizə ata bilərsiniz.

Naxışlı geyimlərlə kombin edin

Bir çox naxışlı geyimi dama-dama köynəyiniz ilə birlikdə geyinə bilərsiniz. Fərqli naxışları qarışdırmaq ecazkar fikirdir. Breton (ağ-qara zolaqlı) paltarın üstünə damalı köynək geyinə ya da, zolaqlı ətəyi damalı köynəklə birləşdirə bilərsiniz. Düzgün kombin edildikdə ecazkar stilə malik ola bilərsiniz.

ekose gomlek kis kombinleri

Jaket və ya jiletlə kombin edin

Hər bir gənc qızın qarderobunda bir jaket və jilet mütləq olmalıdır. Onun materialı istənilən parçadan ola bilər. Xüsusən də kürk jiletlər qışda canımızı isti saxlayır və çox qəşəng göstərir. Bu stilin altından damalı köynəklər çox şıq görünür. Bu mövsüm bir jilet ilə dama-dama trendini birlikdə istifadə edərək sevimli obraz yaratmaq öz əlinizdədir.

ekose gomlek yelek kombini

Sviterlərin altına geyinin

Çoxqatlı geyimlər bizə payızda daha çox variantlar gətirir. Əslində, payızda dəb haqqında mənim ən çox sevdiyim tərz rahat paltarlarla qəşəng stillər yaratmaqdır. Əyləncəli və fərqli görünüş üçün damalı köynəyin üstündən sviter və ya jaket geyinin.

Hirka ile gomlek kombini

Bleyzer ilə birlikdə geyinin

Əgər iş yerində rahat görünüş axtarırsınızsa, damalı köynəyin üzərindən uzun pencək geyinmək kifayətdir. Bu sizin üçün təkrarolunmaz bir obraz yaradır. Altına isə dar cins və ya qara şalvar geyinə bilərsiniz.

BLAER CEKET EKOSE GOMLEK KOMBİNİ

Dəri pencəyin altından geyinin

Rahat, rok tərzinə nail olmaq üçün dəri gödəkcə və damalı köynək lazımdır. Bu qat-qat geyim payız üçün hər zaman idealdır. Dəri gödəkcənin sehrli toxunuşu stilinizi daha gözəl göstərir.

DERİ CEKET İLE EKOSE GOMLEK

Oxumağa davam et
Reklam
Reklam

Gündəm