Qalmaqal böyüdü: “Yeni dalğa” Bakıya gələ bilər
Bizi izləyin

Tabloid.az

Qalmaqal böyüdü: “Yeni dalğa” Bakıya gələ bilər

Prezidentdən Valeriyaya cavab

46 yaşlı Rusiyalı müğənni Valeriya Latviya prezidentinə məktub ünvanlayıb. Andriş Berzınişə 3 dildə (latış, rus və ingilis) rəsmi müraciət edən xalq artisti xarici işlər naziri Edqars Rinkeviçin onu qara siyahıya salaraq Latviyaya daxil olmasına qadağa qoymasını prezidentdən düzgün qiymətləndirilməyi xahiş edib.

Latviya prezidenti Yurmolada keçirilən “Yeni dalğa” musiqi yarışması ətrafında yaranan beynəlxalq qalmaqalı xatırladaq müğənniyə cavab ünvanlayıb.

Latviya prezidentinin mətbuat xidmətinin yaydığı məlumata görə, “İmiqrasiya qanunlarına əsasən, XİN öz qərarlarına hər 3 ildən bir yenidən baxır. Əgər nazir öz qərarını dəyişsə, prezident bu müddəti qısalda ya da qəbul olunmuş qərarı ləğv edə bilər. Həmçinin, qanuna əsasən, xarici işlər naziri qara siyahıya saldığı insan haqqında qərarı dəyişə bilər. Əgər buna əsas varsa”.

Qeyd edək ki, bu yay Latviyanın xarici işlər naziri Valeriya, İosif Kobzon, Oleq Qazmanovu qara siyahıya salaraq ölkəyə daxil olmasına qadağa qoyub. Səbəb isə Ukraynada Rusiya siyasətini dəstəkləmək göstərilib.

Rusiyanın Latviyada keçirilən “Yeni dalğa” musiqi yarışmasını ölkənin əlindən alması, bununla ölkəyə turist və gəlirin azalması səbəbindən 2 ölkə arasında qalmaqal yaranıb. 2014-cü ilin sonunadək yarışmanın keçiriləcəyi yeni şəhərin adı açıqlanacaq.

Namizədlər sırasında Krım, Soçi, Bakı, Kalilinqrad və Kazan şəhərləri var. Müsabiqənin prezidenti İqor Krutoy bildirib:

“Biz bütün variantları müzakirə edirik. İlin sonuna kimi qərar qəbul etməliyəm ki, müsabiqənin gələn il keçirilməsinə vaxt çatsın”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm