Nəhəng moda evinin möhtəşəm kolleksiyası - Fotolar
Bizi izləyin

Tabloid.az

Nəhəng moda evinin möhtəşəm kolleksiyası - Fotolar

Nəhəng moda evinin möhtəşəm kolleksiyası

"Chanel" moda evinin kreativ direktoru Karl Leqrfeld hər il Koko Şanelin yaradıcılığına böyük təsir göstərən şəhərlərin birində "Chanel Métiers d'Art" kolleksiyasını nümayiş etdirir. Şou Tokioda, Nyu-Yorkda, Monte-Karloda, Londonda, Moskvada, Şanxayda, Bombeydə, Dallasda artıq keçirilib.

Tabloid.az xəbər verir ki, bu dəfə moda sənayesinin nəhəng moda evini qonaq qismində qəbul etmək Zalsburq şəhərinə nəsib oldu. Məsələ ondadır ki, tvid pencəyin tarixçəsi məhz bu şəhərlə bağlıdır. 1954-cü ildə modelyer şəhərin otellerinin birində istirahət edirdi. Bu otelinin işçilərinin formaları Şaneli yeni pencək modeli yaratmağa ruhlandırmışdı. Bu barədə artıq mini film də hazırlanıb və nümayişin əvvəlində qonaqlara təqdim olunub.

Dəfilədə tvid pencək müxtəlif variantlarda təqdim olunub: qısa, uzun və.s Kolleksiyanın ana xətti isə folklor üslubudur. Lakin vintaj tərzlər müasir və trend siluetlərlə çox yaxşı uzlaşır, kolleksiya da məhz onun hesabına aktual görünür. Dizayner özü də etiraf edir ki, kolleksiyanı yaradarkən tamamilə milliyə yönəlmək istəməyib, onun kolleksiyasının əsasında Avstriya üslubu mövzusunda fantaziya və düşüncələr hökm sürür.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm