• USD 1,8311 0,00% EUR 1,9483 0,00%
    • GBP 2,2482 0,00% RUB 0,0308 0,00%

Xərçəngdən qoruyan içki hansıdır?

Xərçəngdən qoruyan içki hansıdır?

Bir çoxlarının adını belə eşitmədiyi ağ çay dünyanın ən təhlükəli xəstəliyindən xilas olmaqda böyük əhəmiyyətə malikdir. Son araşdırmalar göstərib ki, ağ çayın tərkibindəki “JP53” adlı maddə xüsusilə, ağciyər və sidik kisəsi xərçənginə qarşı çox təsirlidir.

Ağ çayın tərkibindəki antioksidant xərçəngdən zərər görmüş hüceyrələri bərpa etdiyi də aşkarlanıb.

Ağ çay istehsal etmək üçün çay bitkisinin hələ tam olaraq yetişməmiş, açılmamış yarpaqları toplanır. Bu yarpaqlar ağ tüklərlə örtülü olur. Ağ çayın adı da elə buradan gəlir.

Ağ çayın dadı yaşıl və qara çaydan tamamilə fərqlənir.

Ağ çay yarpaqların harada yığılmasından asılı olaraq müxtəlif növlərə bölünür. Daha çox Çinin istehsal etdiyi ağ çaylar məşhurdur.

Ağ çayın faydaları saymaqla bitən deyil. Ona görə də son illərdə bu içki yaşıl çaydan daha populyardır. Əslində yaşıl çay əvəzinə ağ çay içənlər çox düzgün seçim edirlər. Çünki ağ çayda yaşıl çaydan dəfələrlə çox antioksidant var.

Xərçəngə qarşı: Araşdırmalar göstərib ki, ağ çaydakı maddələr xərçəng hüceyrələrinin yaranmasına maneə olur. Alimlər bildirirlər ki, davamlı olaraq ağ çay içmək qaraciyər, dəri, döş, prostat, ağciyər, yemək borusu, mədə və yumurtalıq xərçəngi riskini yarıbayarı azaldır.

Amerika Xərçəng Birliyi döş xərçənginə yaxalanıb, sağalmış şəxslərə xəstəliyin təkrarlamaması üçün ağ çay içməyi məsləhət görür.

Ürək xəstəliklərinə qarşı: 2001-ci ildə aparılan tədqiqatlar sübut edib ki, ağ çay içmək ürək xəstəliklərinə yaxalanmaq riskini azaldır. Buna səbəb çayın tərkibindəki kateşinlərdir. Bu maddə damarları genişləndirərək təzyiqi aşağı salır, qan dövranını yaxşılaşdırır. Ağ çay yaşıl və qara çaya nisbətən daha çox kateşin ehtiva edir.

Dəri: Ağ çayın təkibindəki antioksidantlar stressin dəriyə verdiyi mənfi təsirləri aradan qaldırır. 2003-cü ildə aparılan araşdırmalar sübut edib ki, ağ çay içmək və suyunu dəriyə çəkmək Günəşin zərərli şüalarından qorunmaq üçün çox faydalıdır.

Köklüyə qarşı: “Beynəlxalq köklük jurnalı”nda yayımlanan bir məqalədə ağ çayın tərkibindəki polifenolların və kofeinin arıqlamağa kömək etdiyi bildirilir. Ağ çay yağ hüceyrələrinin yaranmasına maneə olaraq bədəndə piyin toplamasının qarşısını alır. Çayın tərkibindəki kofein isə həzm sistemini sürətləndirərək gün ərzində daha çox kalori xərcləməyə səbəb olur.

Ağ çayı necə dəmləmək lazımdır?

Bu çayı dəmləməyin özünəməxsus üsulu var. Belə ki, digər çay növlərindən fərqli olaarq ağ çayı çox isti su ilə dəmləmək olmaz. Suyun dərəcəsi 70-75 olmalıdır. Bir stəkan çay üçün 1 çay qaşığı ağ çay kifayət edir.

Ağ çay yarpaqlarının olduğu stəkana suyu töküb 7-10 dəqiqə gözləyin. Çayı dadlandırmaq üçün süd və ya limondan istifadə edə bilərsiniz.

Ağ çayın faydalı olduğunu dedik. Ancaq bu çayı gün ərzində çox içmək olmaz. Həddindən artıq içdikdə ürək döyüntüsü, təzyiqin yüksəlməsi, ürək bulanması, qusma, yuxusuzluq kimi şikayətlərə səbəb ola bilər.

Davamlı olaraq hər hansı xəstəliklə bağlı dərman qəbul edənlər ağ çay içərkən diqqətli olmalıdırlar. Gündə 2-3 stəkandan artıq içməsəniz yaxşı olar.

Qeyd edək ki, 2016-cı ilə kimi ağ çayın tərkibindəki maddələrdən istifadə edilərək xərçəng xəstələri üçün çox təsirli dərmanların satışa çıxarılacağı bildirilir.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR