Hepatit C xəstələrini gözləyən təhlükələr
Bizi izləyin

Tabloid.az

Hepatit C xəstələrini gözləyən təhlükələr

Xəstəlik qaraciyəri zədələyir və qaraciyər sirrozunun inkişafına səbəb olur

Hepatit C eyni adlı virusun səbəb olduğu xəstəlikdir. Xəstəlik qaraciyəri zədələyir və qaraciyər sirrozunun inkişafına səbəb olur. Xəstəlik bir neçə həftə davam edən yüngül formadan həyat boyu sürən ciddi xəstəliyə çevrilə bilər. Bu xəstəliyin kəskin dövrü 6 ay çəkir, sonra xronikiyə çevrilir. Amma bu xəstəliyə yaxalananların 75-85 faizində hepatit C xroniki hala çevrilir. Xroniki hepatit C həyat boyu davam edən ciddi sağlamlıq problemlərinə (sirroz, qaraciyər xərçəngi) və hətta ölümə səbəb ola bilən bir xəstəlikdir. Hepatit C üçün peyvənd kəşf olunmayıb.

Hepatit C necə yoluxur?

Hepatit C əsasən, qan vasitəsilə yoluxur. Damara vurulan iynələrin təkrar istifadəsi zamanı, səhiyyə işçilərinin (həkim, tibb bacısı) əllərinə iynə batması nəticəsində bu xəstəlik yoluxa bilər. Əgər ana hepatit C virusu daşıyıcıdırsa, doğulan körpədə də bu xəstəlik olur. Davamlı olaraq diş fırçası, ülgüc kimi əşyalardan ortaq şəkildə istifadə etdikdə də bu təhlükəli xəstəliyə yoluxmaq riskiniz artır.

Hepatit C cinsi yol ilə də yoluxur

Hepatit C virusunun cinsi yolla yoluxması ehtimalı qanla yoluxmaq ehtimalından daha azdır. Adətən birdən çox insanla cinsi münasibətdə olan və bu zaman perezervativ kimi qoruyucu vasitələrdən istifadə etməyənlər cinsi yolla bu xəstəliyə yaxalanırlar.

Hepatit C xəstələri ilə hansı təmaslar təhlükəli deyil?

Bu xəstəlikdən əziyyət çəkən insanla eyni qabdan yemək yemək, su içmək təhlükəli deyil. Xəstəlik daşıyıcısı olan ananın uşağı əmizdirməsi də zərərsizdir. Həmçinin, hepatit C virusuna yoluxmuş insanla qucaqlaşmaq, öpüşmək, sizi bu xəstəliyə yoluxdurmaz. Öskürmək, asqırmaq, eyni tualetdən istifadə etmək, hovuza girmək, səyahət etmək də riskli deyil. Çünki bu xəstəlik hava ilə yoluxmur.

Hepatit C virusu ilə yoluxduğumuzu necə anlaya bilərik?

Bu virus orqanizmə daxil olduqdan sonra təxminən 6 ay xəstə olduğunuzla bağlı heç bir əlamət özünü göstərmir. Ancaq xəstələrin 10-15 faizində qızdırma, halsızlıq, iştahsızlıq, ürək bulanma, qusma, qarın ağrısı, sidiyin rəngində tündləşmə, sarılıq (göz və dəridə saralma), oynaq ağrısı kimi şikayətlər müşahidə edilir.

Xroniki hepatit C xəstəliyinin əlamətləri hansılardır?

Xroniki hepatit C xəstələrinin çoxunda heç bir əlamət olmur. Sadəcə qaraciyərlərində dəyişiklik müşahidə edilir. Dəyişikliyin qaraciyərin özündən, yoxsa hepatit C xəstəliyindən qaynaqlandığını öyrənmək üçün orqanın fermentləri analiz edilir.

Xroniki hepatit C ciddi bir xəstəlikdir, uzun dövrdə qaraciyər xəstəliyi, qaraciyər çatışmazlığı, qaraciyər xərçəngi və hətta ölümlə nəticələnə bilər.

Bu xəstəlikdən əziyyət çəkən hər 100 adamdan 75-85-də xroniki hepatit C inkişaf edir. Qaraciyər sirrozu isə 20-30 il ərzində inkişaf edir. Sirroz və ya qaraciyər xərçəngi ölümə səbəb olur.

Hepatit C xəstələri qaraciyərlərini qorumaq üçün nə edə bilərlər?

Spirtli içkini tərgitməli, həkim məsləhəti olmadan bitki tərkibli məhsullardan uzaq durmalıdırlar.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm