Təbii üsulla sarışın olun
Bizi izləyin

Tabloid.az

Təbii üsulla sarışın olun

Sarışınların 80 faizinin sonradan saçlarını sarıya boyadan qaraşın qadınlar olduqlarını desək yəqib ki, təəccüblənməzsiniz.

Sarışınların 80 faizinin sonradan saçlarını sarıya boyadan qaraşın qadınlar olduqlarını desək yəqin ki, təəccüblənməzsiniz. Bütün qadınlar həyatlarının bir dövründə də olsa saçlarını sarıya boyamaq xəyalına düşürlər. Ancaq saç rəngini açdırmağın saça və ümumiyyətlə, sağlamlığa zərərləri bir çox qadını bu istəkdən uzaqlaşdırır. Odur ki, Tabloid.az saçları boyatmadan saraltmağın yollarını araşdırıb.

Saç rəngini açan spreylər

Kosmetika dünyasının qadınlara bir neçə il öncə təqdim etdiyi keyfiyyətli saç spreyləri saçların rəngini açmağı asanlaşdırır. Qara və tünd qəhvəyi saçlara sahib olanların saç rəngini 2-3 ton açan bu spreylər saç rəngləri sarıya çalan qadınların isə möhtəşəm sarı saçlara qovuşmalarına kömək edir. Bu kosmetik vasitə saç boyasından daha az zərər verir. Həm də tez-tez saç diblərinizin rənginin getməsindən əzab çəkməməyi təmin edir. İstədiyiniz vaxt bu spreydən vurursunuz və saçlaırnızı hər gün ideal rəngdə saxlayırsınız. Ona görə də tətbiqi saç boyalarından daha asandır.

Çobanyastığı suyu

Saçları saraltmaq üçün ən çox istifadə olunan üsullardan biri də çobanyastığı suyu ilə edilən proseduradır. Çobanyastığını qaynatdıqdan sonra suyun soyumasını gözləyin və daha sonra bu su ilə saçlarınızı yuyun. Günəşin saçlarınızı qurutmasını gözləyin. Beləliklə saçlarınız zərər görmədən saralacaq. Ancaq bu, bir dəfədə baş vermir. Proseduranı ən az 6-7 dəfə tətbiq etmək lazımdır.

Şampun

Con Friedanın istehsal etdiyi şampun saçları yavaş-yavaş saraldır. Gözəlçə özü də saçlarını bu şampunla saraltdığını deyir. Saçlara rəng verməklə yanaşı, qulluğu da təmin edən bu şampun sağlamlığa önəm verən qadınlar arasında çox populyardır.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm