Bakı Musiqi Akademiyasında konsert olacaq
Bizi izləyin

Tabloid.az

Bakı Musiqi Akademiyasında konsert olacaq

Bakı Musiqi Akademiyasında konsert olacaq

Martın 3-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) böyük zalında akademiyanın orta ixtisas məktəb-studiyasının şagirdlərinin və Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən musiqi kollecinin tələbələrinin birgə konserti təqdim ediləcəkdir.

BMA-dan AzərTAc-a bildirmişlər ki, bu, məktəb-studiyanın hazırladığı ikinci konsertdir.
Konsertdən sonra Bakı şəhərinin aparıcı musiqi müəssisələrinin nümayəndələri ilə “Bir fincan çay ilə” adlı “dəyirmi masa” keçirilməsi planlaşdırılır. “Dəyirmi masa”da musiqi təhsili ilə bağlı problemlər müzakirə olunacaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm