Megan Foksun incəliyinin və cazibədarlığının sirri
Bizi izləyin

Tabloid.az

Megan Foksun incəliyinin və cazibədarlığının sirri

Megan Foksun incəliyinin və cazibədarlığının sirri

Təbii gözəlliyini alma sirkəsinə borclu olduğunu deyən Me1an Foks pəhrizlərə nifrət edir. Alma sirkəsi bədəni zərərli toksinlərdən təmizləyir. Aktrisa yeməkdən əvvəl 1 stəkan suya 2 çay qaşığı sirkə əlavə edir. Bu su metabolizmanı sürətləndirdiyi üçün arıqlamağa kömək edir. Eyni zamanda, vitamin və minerallarla da zəngindir.

Cazibədar aktrisanın digər gözəllik ritualı lavanda yağıdır. O, gözəllik sirlərindən danışanda bildirir ki, evində həmişə lavanda yağı olur: "Lavanda sakitləşməyə çox kömək edir. Sakitləşmək üçün spirtli içkilər qəbul etmirəm və başqa yollara əl atmıram. Həyatım öz əllərimdə olmalıdır, ona nəzarət etməyə çalışıram”.

Makiyajı sevməyən Foks dərisinə necə qulluq edir?

"Makiyajdan əvvəl üzümü yaxşıca təmizləyirəm, sonra da nəmləndirici və günəş kremi çəkirəm. Sağlam qidalanıram.

Dəvətlərə gedəndə dərimi tonlaşdırıram. Yanaqlarımı vurğulamaq üçün çəhrayı ənlikdən istifadə edirəm. Ənliklə pomada eyni rəngdə olmalıdır. Qırmızı və sadə göz makiyajını çox bəyənirəm. Qadının ancaq bir ədəd qara, qısa paltarı ola bilər, ancaq qırmızı pomadanın bir neçə tonu olmalıdır.

Qadınların hər gün özünə əziyyət verib saçlarını fenləməsini və makiyaj etməsini heç cür başa düşə bilmirəm. Qadın öz bədənini istismar etməməlidir! Dalğalı saçlar da qadına xüsusi gözəllik verir. Qadının seksual görünməsi üçün gülümsəməsi şərt deyil. Sirli və soyuq qadınların özünəməxsus cazibəsi var. Retro stili üçün ürəyim gedir. Geyim çox parlaqdırsa, saç və makiyaj mümkün qədər sadə olmalıdır”.

Foks nə geyindiyi yaxşı bilir. Dəbi cinayət həddinə çatdırmır. Paltarın bədəninin bütün gözəlliyini aşkara çıxarmasına icazə verir.

Pəhrizlərə nifrət edən Megan Foks söyləyir:

“Hamilə olanda 10 kq kökəlmişdim. Pəhrizə nifrət elədiyim üçün bütün günü idman etməli olurdum".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm