Hansı şorba nəyə xeyirdir?
Bizi izləyin

Tabloid.az

Hansı şorba nəyə xeyirdir?

Tabloid.az hansı şorbanın nəyə xeyirli olduğunu araşdırıb

Soyuqlama, qrip kimi xəstəliklərə yaxalandıqda ilk növbədə ağlımıza şorba içmək gəlir. Çünki isti şorba bədəninin müqavimətini artırır. Ancaq hər şorbanın faydası fərqlidir. Tabloid.az hansı şorbanın nəyə xeyirli olduğunu araşdırıb.

Dovğa

Tərkibində bol miqdarda qatıq və ya ayran olduğu üçün immun sistemini gücləndirir. Bağırsaqlarda faydalı probiyotiklərin meydana gəlməsini sürətləndirir. Qatıq bol miqdarda vitamin ehtiva etdiyi üçün bədəni xərçəngdən, mədə və bağırsaq xəstəliklərindən qoruyur.

Qatıq yüksək xolesteroldan əziyyət çəkənlər və diabet xəstələri üçün olduqca faydalıdır. Ona görə də bel xəstələr həftədə 3-4 dəfə dovğa yeyə bilərlər.

Daha çox kalori sərf etmək istəyənlər də dovğadan istifadə edə bilərlər.

İspanaq şorbası

Sinirləri sakitləşdirir, həzmi asanlaşdırır. Sidikqovucudur. Yara və yanıqların sağalmasını sürətləndirir. Sümükləri və dişləri gücləndirir.

Dişin çürüməsinin qarşısını alır. Xolesterolu aşağı salır. Şəkər xəstələrinə faydalıdır.

Düyü şorbası

Yüksək təzyiqdən əziyyət çəkənlər üçün faydalıdır. Həzmi asanlaşdırar. Düyü bədəndəki suyu çəkərək bədəni toksinlərdən təmizləyir. İshalı kəsir.

Bağırsaq xərçəngindəön qoruyur.

Qandakı xolesterol nisbətini azaldır. Ürək və damar xəstəliklərinə qarşı qoruyur. Böyrəklərə də faydalıdır.

Göbələk şorbası

Yorğunluğu aradan qaldırır. Göbələyin tərkibində bol miqdarda dəmir olduğu üçün qansızlığa faydalıdır.

Qandakı xolesterol nisbətini aşağı salır. Ürək və damar problemlərindən qoruyur. İnfarkt riskini azaldır.

Mərcimək şorbası

Qandakı pis xolesterolun səviyyəsini aşağı salır. İnfarkt keçirmə riskini azaldır. Ürək üçün çox faydalıdır.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm