Yeni ilin ən dəbli manikürləri – Fotolar
Bizi izləyin

Tabloid.az

Yeni ilin ən dəbli manikürləri – Fotolar

Yeni il gecəsi hansı rəng dırnaq boyası çəkəcəyinizə qərar verməmisinizsə, mütləq yazımızı oxumalısınız

Yeni il gecəsi hansı rəng dırnaq boyası çəkəcəyinizə qərar verməmisinizsə, yazımızı mütləq oxumalısınız. Çünki manikürünüz də ən az geyiminiz və makiyajınız qədər diqqət mərkəzində olacaq. Bu yazıda təqdim edəcəyimiz dırnaq boyası dəbi sadəcə bayram gecəsi üçün deyil, ümumiyyətlə 2015-ci il üçün keçərli olacaq.

Simli dəbdəbə

Блеск металла

Bir ara dəbdən düşən simli dırnaq boyaları bu ildən etibarən yenidən aktuallaşıb. Simli dırnaq boyalarının demək olar ki, hər rəngi var. Ofis üslubuna uyğun olmayan simli dırnaq boyalarından vaz keçə bilməyənlər daha neytral rənglərə üstünlük versinlər.

Bir neçə həftə dırnaqda qala bilən bu boyalar səyahətə çıxanlar və dırnaq boyası çəkməyə tənbəllik edənlər üçün də ideal seçimdir.

Hətta çəkdikdən bir neçə gün sonra dırnaqda solğun göründükdə, onu silməyinizə də ehtiyac yoxdur. Sadəcə üstündən bir qat da dırnaq boyası çəkin. Simli olduğu üçün dırnağınızda səliqəsiz görünməyəcək.

Zoğalının yüksəlişi

Провинция Бордо

Zoğalı rəng dırnaq boyaları klassik manikür trendi hesab olunur. Bu rəngin üstünlüyü ondadır ki, bütün çalarları qısa dırnaqda çox zərif görünür. Bu da zoğalı rəngi dırnaqlarını uzada bilməyən, ancaq zərif və şıq görünmək istəyən bütün xanımlar üçün əlverişli edir. Üstəlik, zoğalı rəng həm ziyafət geyimləri, həm də idman stili ilə çox gözəl uyğunlaşır.

Açıq rənglərin harmoniyası

Пастельный режим

Şəffaf, krem, bej, solğun çəhrayı - bütün bu çalarlar sizin manikürünüzü qüsursuz edə bilər. Bu çalarlar daha çox romantik üslubda geyinən, özlərini şahzadələrə bənzədən qızlar üçün uyğundur.

Qırmızının cazibəsi

Красная армия

Qırmızı dırnaq boyası heç vaxt dəbdən düşmür. Odur ki, bu rəngin müxtəlif çalarlarında olan dırnaq boyalarını almaqdan çəkinməyin. Daha çox seksual qadınların seçimi olan qırmızı dırnaq boyaları, məşhur ulduz Merilin Monronun da sevimli kosmetik vasitələrindən biri olub.

Gümüşü cazibədarlıq

Группа

Həm dəbdəbəli, həm də sadə görünmək istəyirsinizsə, gümüşü dırnaq boyasına üstünlük verməlisiniz. Bu rəng həm küçə stilinizi vurğulayacaq, həm dəvətlərdə diqqət mərkəzində olmağınızı asanlaşdıracaq.

Mavi şaxta

Синий иней

Yuxarıda adını qeyd etdiyimiz bütün rənglər 2015-ci ildə dəbdə olacaq. Ancaq ilin əvvəllərində, yəni qış aylarının ən trend rəngi mavi olacaq.

Qarlı hava ilə uyğunlaşan, eyni zamanda da qışın boğuq, solğun ab havasını rəngləndirən mavi rəng dırnaqlarda çox gözəl görünəcək.

Şaxtalı günləri firuzəyi, açıq mavi kimi çalarlarla rəngləndirmək öz əlinizdədir. Qeyd edək ki, mavi dırnaq boyası ağ dəriyə sahib olanlara daha çox yaraşır. Mavinin iddialı çalarlarından istifadə etdikdə makiyajınızın sadə olmasına çalışın.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm